Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib
05.02.2025 16:02 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib

05 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən AMEA-nın müxbir üzvü Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov “Herbig AE/BE ulduzlarının yeni alt-qrupu” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi seminarda 0.36-100 mμ spektral diapazonda 61 Herbig Ae/Be (HAeBeS) ulduzu üçün spektral enerji paylanması (SEP) əyrilərinin təhlilinin nəticələrini təqdim edib. O, qeyd edib ki, SEP xüsusiyyətlərinə görə seçilmiş qruplardan infraqırmızı (İQ) şüalanma artıqlığı çox zəif olan və yalnız  λ ≥10 μm dalğa uzunluğunda müşahidə oluna bilən, 20 ulduzdan ibarət bir grup aşkar edilmişdir. Belə ulduzların ulduzətrafı diskində olan qalıq şüalanma Vega və ya Beta Pic kimi ulduzların İQ şüalanması ilə oxşardır. Bu da onu göstərir ki, baxılan cavan ulduzların disklərində planetlərin formalaşması və dissipasiya daha tez baş vermişdir. Aşkar olunan yeni qrup WHAeBeS (Weak Herbig AeBe Stars) adlandırılmışdır.

Tədqiq olunan bütün ulduzların fiziki parametrləri hesablanmışdır. Alınmış nəticələr ilə Guzman-Dias et al. (2021) kataloqunun nəticələri uyğunluq təşkil edir. Yeni seçilmiş qrup ulduzları tədqiq olunan HAeBe proqram ulduzların təxminən 34%-ni təşkil edir. Ümumi kataloqdakı 320 cavan ulduzdan 210-u üçün SED əyrilərinə əsasən bu ulduzların 26%-nin də WHAeBeS tipinə aid olduğu göstərilmişdir.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025