Ekskursiyalar Saytın xəritəsi
AZEN
Çinin hazırladığı “süni Günəş” öz rekordunu təkrarladı - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Çinin hazırladığı “süni Günəş” öz rekordunu təkrarladı
24.01.2025 17:01 / ASTRO XƏBƏRLƏR Çinin hazırladığı “süni Günəş” öz rekordunu təkrarladı

Şinhua xəbər agentliyinin yaydığı məlumata əsasən Çin Akademiyasının Plazma Fizikası İnstitunun Eksperimental Superkeçirici Sarğacı (EAST — Experimental Advanced Superconducting Tokamak) layihəsində yeni rekord əldə olunub. Belə ki, EAST maddəni 1066 saniyə ərzində yüksək temperaturlu plazma halında saxlamağı bacarıb. Bu tükənməyən ekoloji təmiz enerji mənbəyi yaratmaq üçün yeni bir mərhələyə keçid deməkdir. Bu səbəbdən Çində EAST "süni günəş" adlandırılır. Dünya alimləri bu məqsədə çatmaq üçün artıq 70 ildir ki, müxtəlif tədqiqatlar aparır və təcrübələr keçirdirlər, 1000 saniyəlik sərhəddi keçmək stabil termonüvə sintezinin getməsi üçün vacibdir. Sistemdə sönməyən fasiləsiz zəncirvari və stabil reaksiya getməlidir ki, gələcəkdə bu prinsip əsasında nüvə-elektrik stansiyalarının qurulması mümkün olsun. Bu texnologiya əsasında qurulmuş elektrik stansiyalarının adi atom-elektrik stansiyalarından fərqi odur ki, burada radiasiya olmur və radioaktiv tullantılar olmadığı üçün ətraf mühitə ziyan dəymir.

Bu dəfə EAST özünün həm 2023-cü ildəki 403 saniyəlik rekordunu təzələyib, həm də 1000 saniyəlik sərhəddi keçib. Sarğacda plazmanın temperaturunu ilk dəfə 2021-ci ildə 120 milyon dərəcə Selsiyə çatdıran alimlər, sonra 2022-ci ildə 70 milyon dərəcə Selsidə plazmanı 1056 saniyə (17 dəqiqə 36 san) saxlamağa nail olublar, yanvarın 20-də isə daha yüksək temperaturda bu müddət 1066 saniyəyə kimi artırılıb. Qeyd edək ki, sarğacda maqnit sahəsinin intensivliyi 35 000 G təşkil edir.

Layihə 2006-cı ildə başlayıb və termonüvə sintezi sahəsində elmi-mühəndislik həllərinin sınaqdan keçirilməsi üçün açıq sınaq platformasına çevrilib. Həmçinin Çin, tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük sarğacı olacaq Fransanın cənubundakı Beynəlxalq Termonüvə Eksperimental Reaktoru (ITER) proqramına qoşulub. Çin Akademiyasının Plazma Fizikası İnstitunun direktoru  Sonq Yuntao bildirib ki, biz EAST sayəsində beynəlxalq əməkdaşlığı genişləndirməyi və termonüvə enerjisini bəşəriyyət üçün praktiki istifadəyə əlçatan etməyi ümid edirik.

Qeyd edək ki, layihənin ilkin büdcəsi 37 milyon ABŞ dolları təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025