Ekskursiyalar Saytın xəritəsi
AZEN
Marsda su yoxdur - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Marsda su yoxdur
18.12.2024 14:12 / ASTRO XƏBƏRLƏR Marsda su yoxdur

Vinsent Şevriye və Reyçel Slenk uzun müddət apardıqları tədqiqatlardan belə nəticəyə gəliblər ki, Marsın səthində duzlu su olması da mümkün deyil. Hal-hazırda Marsın səthində təyziq və temperatur suyun maye halda qalması üçün uyğun deyil. Əgər orada su olarsa o, ya buxarlanacaq, ya da donacaq.  

Marsda su ilə bağlı ilk müşahidələr 60 il əvvəl başlanmışdır və qütb papaqlarında buz halında suyun olması təsdiqlənmişdir. Həmçinin məlumdur ki, Mars atmosferində də buxarlanmış halda müəyyən qədər su mövcuddur. Feniks missiyası zamanı cihazın qolunda yaranmış damcıların kalsium perxloratın kondensasiyası nəticəsində əmələ gəldiyi məlum oldu ki, bu da öz növbəsində qırmızı planetdə sıldırım yamaclarda tünd zolaqların aşkarlanması isti mövsümlərdə duzlu maye suyun mövcudluğunun lehinə bir arqument oldu. Lakin sonrakı tədqiqatlar və müzakirələr sıldırımlarda tünd zolaqların formalaşmasının suyun iştirakı olmadan getdiyi və onların qum-toz axınları olması fikri ilə yekunlaşdı.

Duzlu məhlulların stabilliyi, yəni maye halda qalması temperatur və atmosferdəki su buxarının miqdarından asılıdır. Marsda gecə ilə gündüz arasında temperatur fərqi 80ᵒ C-yə qədər dəyişdiyindən bu duzlu suların maye halında qalması ehtimalını aşağı salır. Çünki şərait ya soyuq və nəmdir, ya da isti və qurudur. Nəzəri olaraq Marsın qütbləri yaxınlığında səthdə duzlu məhlulladan bir neçəsi stabil olaraq maye formasında qala bilər. Lakin müşahidələrdən heç yerdə daimi olaraq maye halında duzlara rast gəlinməmişdir.  

Torpağın bir neçə metr dərinliyində duzlu məhlulların maye halında olması ehtimalı isə tamamilə təkzib olunmur. İstənilən halda problem odur ki, ölçmələr planetdəki duzların və atmosferdəki su buxarının miqdarının bizim bildiyimiz həyat formasını dəstəkləmək üçün kifayət olmadığını göstərir.  

Bununla belə, ekspertlər düşünürlər ki, Marsda maye su ilə bağlı yekun qərar yalnız yerində aparılan tədqiqatların nəticələrinə əsasən verilə bilər. Bunun üçün isə sırf duzlu suları aşkar etmək üçün təkmilləşdirilmiş cihazlara malik missiya olmalıdır və məqdəsli şəkildə müəyyən ərazilərdə axtarış aparılmalıdır. Ola bilsin ki, Marsda bu mühitə uyğunlaşmış həyat forması mövcuddur. Çünki Yerdə duzlu mühitlərdə yaşaya bilən bakteriyalar məlumdur.  

Qeyd edək ki, tədqiqat işi “Proceedings of the National Academy of Sciences” jurnalında çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025