Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
16.12.2024 12:12 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı eyni tempdə davam edərək, əsasən M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma 3912 oblastındakı M6.7 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R2 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II tip radioemissiya qeydə alınmışdır. Həmçinin hesabat dövrü ərzində bir neçə güclü Tac Kütlə Atılmaları (TKA) baş vermişdir. Günəş səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 97 ləkə müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin maksimal göstəricisi 1175 pfu olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 583 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 13 nT, radial istiqamətdə isə  -10 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 404 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 9.61 nT, radial istiqamətdə isə -4.76 nT təşkil edir. Kp indeksi 1.33-ə bərabərdir və kosmik hava sakitdir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olmuşdur, geomaqnit qasırğası baş verməmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (16-22 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.  

Günəş küləyinin sürətinin 18 dekabradək müsbət qütblü  Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə sürətlənəcəyi gözlənilir. Həmçinin 13-14 dekabrda baş vermiş TKA-nın təsiri ola bilər.

Geomaqnit sahəsinin müsbət qütblü  Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 13-14 dekabrda baş vermiş TKA-nın təsiri ilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025