Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Anım günü tədbiri keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Anım günü tədbiri keçirilib
12.12.2024 14:12 / MÜHÜM HADİSƏLƏR Rəsədxanada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Anım günü tədbiri keçirilib

Bu gün dahi siyasi xadim, uzaqgörən müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür. Bu münasibətlə dekabr ayının 12-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) və onun Bakı şəhər bölməsində Ulu Öndərin xatirəsinə həsr edilmiş Anım günü tədbiri keçirilib. Tədbirlərdə ŞAR rəhbərliyi, şöbə müdirləri, elmi və texniki işçilər olmaqla bütün rəsədxana kollektivi iştirak edib.

Anım mərasiminin rəsmi hissəsindən öncə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.

Tədbirlərdə Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolu, o cümlədən ictimai-siyasi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, liderlərin gücü, ağlı, cəsarəti və siyasi iradəsi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu mənada, bu gün Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi güc və hərbi qüdrət baxımından lider dövlət olmasında Heydər Əliyevin müdrikliyi, onun müxtəlif sahələrdəki islahatlarının rolu danılmazdır. Belə ki, onun təşəbbüsü ilə hələ XX əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci Respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir. Həmin gənclər hazırda müstəqil Azərbaycanda müxtəlif sahələrdə peşəkar fəaliyyətləri ilə dövlətimizə, millətimizə xidmət göstərirlər. Eyni zamanda, Heydər Əliyev 70-ci illərin əvvəllərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına müvəffəq oldu ki, bu da öz növbəsində ordu quruculuğu, peşəkar hərbi kadrların yetişdirilməsindəki müstəsna səmərəsini məhz 44 günlük Vətən Müharibəsində göstərdi. əsasını qoydu ki, sonradan həmin kadrlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpasında böyük rol oynadılar. Bundan başqa, keçmiş SSRİ-nin başqa bir şəhərində tikilməsi nəzərdə tutulsa da, Heydər Əliyevin təşəbbüsü ilə məhz Azərbaycanda tikilən Bakı Dərin Özüllər Zavodu müstəqillik illərində "Əsrin Müqaviləsi"nin imzalanmasında bazis oldu. Ulu öndərin gələcəyə hesablanmış bu təşəbbüsləri, sonralar müstəqillik əldə etmiş Azərbaycanın möhkəm təməllər üzərində qurulmasına, tərəqqisinə rəvac verdi.

Daha sonra bir sıra rəsədxana əməkdaşları da çıxış edərək Ulu öndərin Anım günü ilə bağlı təəssüratlarını bölüşüblər. Heydər Əliyev fenomeninin elm, təhsil, səhiyyə, iqtisadiyyat, incəsənət, ordu quruculuğu və s. kimi istiqamətlərdə fəaliyyətinin aspektlərindən danışıblar. Onun astronom alimlərə diqqət və qayğısı, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasını ziyarətləri və alimlərin rifahını yüksəltmək üçün həyata keçirdiyi işlər quruculuq işləri xüsusi olaraq vurğulanıb.

Tədbirlərə Ümummilli liderin Şamaxı şəhərində yerləşən abidəsini, o cümlədən 1-ci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etməklə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən Ulu öndərin abidələri önünə tər çiçəklər qoyulub. 

Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq, uzaqgörən dövlət xadimi, dahi lider və xalqın əbədi məhəbbətini qazanmış Ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirik! Onun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025