Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artaraq əsasən M sinif alışmalar baş vermişdir. Maksimal sinifli alışma 3912 oblastında baş vermiş X2.29 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II radioemissiya, radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilə və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 8 ləkə qrupunda 103 ləkə müşahidə olunur. Hesabat dövrü əzində bir neçə Tac Kütlə Atılmaları (TKA) baş verib, həmçinin böyük ölçüdə Tac dəlikləri müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 542 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 14 nT, radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 11 nT, radial istiqamətdə isə -1.4 nT təşkil edir.
Hesabat dövründə geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bərabərdir və kosmik hava aktivdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (09-15 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olması gözlənilir.
Günəş küləyinin müsbət qütblü Yüksək sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 09-11 dekabrda sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü Yüksək sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 09-11 dekabrda aktiv olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.