Martın 7-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, f-r.ü.f.d Elçin Babayev astroseminar haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra rəsədxananın elmi işçisi Arif Qəmbərov “Yerin peykəbənzər astroidləri” mövzusunda məruzəsini təqdim edib. O, məruzəsində Yerlə bir orbit rezonansında olan astroidlər və bu astroidlərin ilkin təsnifatı haqqında danışıb. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.