Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının gənc alimləri COP29-a həsr olunmuş tədbir keçirib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının gənc alimləri COP29-a həsr olunmuş tədbir keçirib
06.11.2024 09:11 / TƏDBİRLƏR Şamaxı Astrofizika Rəsədxanasının gənc alimləri COP29-a həsr olunmuş tədbir keçirib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə həsr olunmuş "COP29: Gələcək nəsillər üçün yaşıl dünya" adlı tədbiri keçirilib.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Kərimova Gülnaz giriş sözü ilə tədbiri açaraq COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini qeyd edib, gələcək nəsillərə yaşıl və davamlı bir dünya miras qoymağın vacibliyindən danışıb. O, həmçinin iqlim dəyişikliyinin qarşısını almaq və ekoloji problemlərə həll yolları tapmaq üçün hər kəsin üzərinə böyük bir məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbirin açılış hissəsində növbəti çıxış üçün söz  ŞAR GAMŞ-ın Sədri Samirə Rəhimliyə verilib. Samirə Rəhimli çıxışında tədbirinin mövzusunun məktəblilər üçün əhəmiyyətinə diqqət çəkərək, gənc nəsillərin ekoloji biliklərlə yiyələnməsinin vacibliyini bildirib. Sədr öz nitqində qeyd edib ki, bu tədbir məktəblilərə ətraf mühit problemlərini daha dərindən öyrənmək və gələcəkdə yaşıl bir dünya yaratmaq üçün təşəbbüslər göstərmək üçün bir fürsət təqdim edir.

Açılış nitqlərindən sonra “Birlikdə qoru: Təmiz planet, təmiz gələcək” adlı video-çarx tədbir iştirakçılarına nümayiş olunub.

Video-çarxın ardınca tədbirin elmi-populyar hissəsi start götürüb. Elmi ssesiyada Rəsədxananın astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm, Biofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Mətanət Baxışova və Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin coğrafiya müəlliməsi Xəyalə Mirzəyeva müvafiq olaraq “Kosmos və yaşıl dünya”, “İqlim dəyişikliyinin biofiziki təsirləri” və “Məktəbdən başlayan maariflənmə, təmiz ətraf mühit” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir çərçivəsində təşkil olunmuş astro-sərgidə şagirdlər tərəfindən hazırlanmış maketlər nümayiş etdirilib. Ən uğurlu nümunələrin müəllifləri hədiyyələrlə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 
Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025