Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
01.11.2024 15:11 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Noyabrın ayının 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Səbahəddin Alışov “AS 310 ulduzunun fotometrik və spektral müşahidələri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda AS 310 ulduzunun 2016-2023-cü illərdə aparılmış həm fotometrik, həm də spektral müşahidələrinin nəticələrini təqdim edib. Bildirib ki, AS 310 ulduzunun 2016-2021-ci illərdə BVRcIc filtirlərində aparılan fotometrik müşahidələri nəticəsində məlum olmuşdur ki, müxtəlif illərdə ulduzun parlaqlığının dəyişmə amplitudu rəvan dəyişir və 2018-ci ildə alınmış maksimum halında ΔV ~ 0.6 maq-a çatır. Ulduz əksər hallarda parlaqlığın aşağı səviyyəsində müşahidə olunur, lakin vaxtaşırı alışma xarakterli dəyişmələr göstərir. Parlaqlıq azaldıqca ulduzun rəngi qızarır ki, bu da yaxın infraqırmızı oblastda şüalanma artıqlığı ilə izah edilir. 

Ədəbiyyatdan götürülmüş nəticələr və 2016-2021-ci illərdə alınan fotometrik materiallar Scargle metodu ilə geniş statistik Furye təhlil edilmiş, alınmış fotometrik dəyişkənliklərdə ciddi periodik dəyişkənliklər aşkar edilməmişdir.

ŞAR-ın 2 m-lik teleskopu ilə ulduzun aşağı ayırdetməli spektral müşahidələri nəticəsində Hα və Hβ xətlərində qeyri-adi dərəcədə ensiz və intensiv şüalanma komponentləri aşkar edilmişdir. Bu komponentlərin intensivliyi zamanla dəyişkənlik göstərir. Ulduzun spektrində Не I λ4026, 4387, 4417, 4922, 6678 Å, [NII] λ6548, 6584 Å, DIBs, FeII və b. xətlər aşkar olunur. Spektral sinfi В0-В2, işıqlıq sinfi isə III ‒ normal nəhənglərin sinfinə uyğundur.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025