Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
28.10.2024 09:10 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır, maksimal sinifli alışma 3869 oblastında baş vermiş X3.3 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 14 ləkə qrupunda 198 ləkə müşahidə olunur.  Həftə ərzində Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli  normal və orta səviyyədə olmuşdur, 10 MeV-dən çox enerji yüklü proton seli isə X sinif alışmalar səbəbli  26 oktyabrdan yüksələrək S1-S2 səviyyəli proton qasırğaları qeydə alınmışdır və hal-hazırda davam edir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 517 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 23 nT, radial istiqamətdə isə  -15 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 565 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə  -8 nT təşkil edir.

Hesabat dövründə baş vermiş  24 oktyabrda baş vermiş TKA-nın təsiri ilə  sutkanın ilk saatlarından geomaqnit qasırğası başlmışdır və G2 səviyyəsinə yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 3-ə bərabərdir və kosmik hava qeyri-sabitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (28 oktyabr-03 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin TKA-nın və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 28 oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton selinin isə 30 oktyabradək yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.  

Günəş küləyinin 26 oktyabrda baş vermiş TKA–nın təsiri ilə sürətinin yüksələcəyi gözlənilir. 

Geomaqnit sahəsi – 26 oktyabrda baş vermiş TKA, həmçinin Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə geomaqnit qasırğası G1 səviyyəsi ilə 30 oktyabrdək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025