Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşı Qazaxıstanda elmi ezamiyyətdədir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşı Qazaxıstanda elmi ezamiyyətdədir
18.10.2024 12:10 / MÜHÜM HADİSƏLƏR Rəsədxana əməkdaşı Qazaxıstanda elmi ezamiyyətdədir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin aparıcı elmi işçisi astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə  Qazaxıstanın Almatı şəhərində keçirilən “İsti ulduzlar və ulduzlarətrafı mühitdə həyat” adlı beynəlxalq elmi konfransda iştirak etmək üçün elmi ezamiyyətdədir. 

Fesenkov Astronomiya İnstitutu, Qazaxıstan Energetika və Fundamental Elmlər İnstitutu və Əl Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunmuş konfransda dünyanın 20-dən artıq ölkəsindən (Amerika, İngiltərə, Şimali İrlandiya, Almaniya, Hollandiya, Çexiya, Belçika,Yaponiya, Çin, Hindistan, Meksika, Braziliya, Rusiya və s.) ulduz sahəsində işləyən alimlər, doktorant və dissertantlar iştirak edib, məruzə ilə çıxış ediblər.

Oktyabr ayının 14-dən start götürmüş beynəlxalq konfransın 4-cü günündə ŞAR-ın əməkdaşı H.Adıgözəlzadə “Qeyri-adi  HD 190073 Ae Herbiq tipli ulduzun spektrində uzun müddətli spektral dəyişmələr” adlı məruzə ilə çıxış edib. İşdə HD 190073 qeyri-adi Ae Herbiq ulduzunun 2016-2023-cü illər ərzində spektral tədqiqatlarının nəticələri təqdim olunub. Qeyd olunub ki, tədqiqat işində Hidrogen xətlərinin fərq profillərinin təhlili göstərdi ki, maqnit sahəsi xətləri boyunca atılan və istiqamətlənmiş sıx maddə kütləsi dərin udma komponenti əmələ gətirir. Zaman keçdikcə yüksək enliklərdə atılan kütlə seyrəkləşir və ulduzun səthinə toplanır və profilin bənövşəyi qanadında zəif emissiya komponentləri əmələ gətirir. Göstərilib ki, ionlaşmış kalsium xətlərinin fərq profili P Cyg tipli tipik profilə malikdir və ümumiyyətlə hidrogen xətlərinin profillərindən çox da fərqlənmir. Bu xətlərin strukturu göstərdi ki, sürəti -300 km/s-dən çox olan güclü maddə axını var.

Tədqiqat işinin nəticələrinə əsasən, hidrogen, helium və digər elementlərin xətləri üçün spektrofotometrik parametrlərin uzunmüddətli dəyişkənliyi aşkar edilmişdir. Zamanla uzunmüddətli dəyişkənliyə görə, təxminən 11-12 illik ümumi bir dövr var. Belə dəyişikliklərin səbəbləri qoşalıq və ya massiv planetlər ola bilər.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, alınmış nəticələrə uyğun geniş müzakirələr aparılıb.

Qeyd edək ki, beynəlxalq konfrans oktyabrın 19-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 
Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025