Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada "ŞUŞA 2024: Gənclik ruhu ilə canlanan qocaman miras" adlı tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada "ŞUŞA 2024: Gənclik ruhu ilə canlanan qocaman miras" adlı tədbir keçirilib
17.10.2024 09:10 / TƏDBİRLƏR Rəsədxanada "ŞUŞA 2024: Gənclik ruhu ilə canlanan qocaman miras" adlı tədbir keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı seçilməsinə həsr olunmuş "ŞUŞA 2024: Gənclik ruhu ilə canlanan qocaman miras" adlı tədbir keçirilib. Tədbirdə çoxsaylı elmi-tədqiqat institutlarını təmsil edən gənc alim və mütəxəssislər iştirak edib.

Təşəbbüsün məqsədi özünü mədəniyyət mərkəzi kimi çoxdan təsdiqləmiş Şuşa şəhərinin elmi mərkəzə çevrilməsinə gənc alim kimi töhfə vermənin yollarını müzakirə etməkdir.

Tədbiri açılış nitqi ilə Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi astronomiya üzrə fəlsəfə doktoru, dosent Orxan Xəlilov açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Şuşanın cari il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi çox əlamətdar hadisədir. Bu hadisə, Azərbaycan gəncliyinin real potensialını ortaya qoyması üçün çox gözəl imkandır. Hazırda gənclər paytaxtı kimi çıxış edən Şuşamızın 4 il öncə düşmən tapdağından azad olunmasında aparıcı rol oynayan gənclərin, bu gün Şuşanın bərpa-yenidənqurma işlərində, buradakı inkişafa yönəlmiş innovativ layihələrdə aktiv iştirak etməsi milli irsimizin etibarlı əllərdə olmasının bariz nümunəsidir.

Sonra çıxış üçün söz AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayevə verilib. Elmir Babayev də öz növbəsində tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Şuşanın Gənclər Paytaxtı seçilməsi bütün Azərbaycanın elmi və mədəni irsinin, tarixinin və müasir potensialının yeni bir dövrə qədəm qoyması deməkdir. Bu, irsimizi qorumaq, onu inkişaf etdirmək və gələcək nəsillərə ötürmək üçün gənclərimizin qarşısında duran mühüm bir missiyadır.

Daha sonra tədbir iştirakçılarına “Bir miras, bir gələcək: Şuşada gənclik” adlı video-çarx təqdim olunub.

Açılış mərasiminin ardınca tədbirin rəsmi hissəsi maraqlı məruzələr fonunda öz işini davam etdirib. Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli, Həmkarlar İttifaqı Təşkilatının sədri Aynurə Həsənova, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Vahid Tahirov və "İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr" şöbəsinin müdiri Orxan Salehli, uyğun olaraq "Şuşa – Gənclərin Zəfər və Mədəniyyət Simvolu", "Gənclik və Ekoturizm: Şuşada Yaşıl Gələcək", "Mədəniyyət, Sahibkarlıq və Gənclik: Şuşanın Yeni Yüzili" və "Gənclik və İrs: Gələcəyin Qovşağı – Şuşa" mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçılarının böyük marağına səbəb olan çıxışlarda, gənclər paytaxtı olan qocaman Şuşada multidisiplinar fəaliyyətin aspektləri diqqətə çatdırılıb. 

Məlumat üçün bildiririk ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025