Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq, 3842 oblastında baş vermiş X7.1 sinifli alışma baş vermişdir. Alışmaya bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 12 ləkə qrupunda 196 ləkə müşahidə olunur. Alışmaya bağlı olaraq Yerə istiqamətlənmiş Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 547 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (341 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.27 nT, radial istiqamətdə isə -0.02 nT təşkil edir.
Hesabat dövründə Geomqnit sahəsinin intnsivliyi sakit və qeyri-stabil səviyyələrdə olmuş, geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1.3-ə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (03-06 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 35% təşkil edir.
Gözlənilən TKA-nın təsiri nəticəsində 03-05 oktyabrda enerjisi 2 MeV-dən çox olan elektron selinin və 10 MeV-dən çox enerji yüklü proton selinin enerji səviyyəsinin yüksələcəyi gözlənilir.
Günəş küləyinin sürətinin də TKA-nın təsiri ilə 03-05 okytabrda yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsi – 01 oktyabrda baş vermiş X7.1 sinifli alışma Yer-Günəş xətti yaxınlığında yerləşdiyindən və TKA ilə müşaiyət olunduğundan, atılmış plazma selinin ən tez bu gün axşam, ən gec 05 oktyabr sutkanın ilk saatlarında Yerə çatacağı gözlənilir. Nəticədə Yerdə G1(zəif) - G3(güclü) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.