Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
27.09.2024 15:09 / MÜHÜM HADİSƏLƏR Şamaxı Astrofizika Rəsədxanasında 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Artıq dördüncü ildir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 27 sentyabr tarixi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Anım Günü kimi qeyd olunur. Ölkəmizin bütün elm və təhsil müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şanlı qələbəsiylə nəticələnən 44 günlük haqq savaşımızın qəhrəmanlarına həsr olunan silsilə tədbirlər keçirilir.   

Bu gün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən tədbirdə öncə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elmi müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qeyd edib ki,  Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin təfərrüatlarını, ən vacib məqamları təbliğ etmək, eləcə də şəhidlik zirvəsinə ucalan oğullarımızı tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Azərbaycanın cənnət məkanı Qarabağın azad edilməsi uğrunda mübarizədə xalqımızın ölkə rəhbəri və ordumuzla sarsılmaz birlik nümayiş etdirməsi sayəsində bu gün ərazi bütövlüyümüz tam bərpa olunub.

Bildirilib ki, o ağrılı-acılı günlərdə Şamaxı Astrofizika Rəsədxanası tərəfindən  Silahlı Qüvvələr Fonduna ianə edilmiş, nəqliyyat və digər zəruri dəstək göstərilmiş, 30 ilə yaxın davam edən münaqişə ilə bağlı həqiqətlərin dünya elm ictimaiyyətinə çatdırılması üçün bütün beynəlxalq əlaqələr səfərbər edilmişdir. Beynəlxalq təşkilatlara, xüsusən də xarici elmi əməkdaşlara yüzlərlə rəsmi müraciət ünvanlanmış, münaqişənin real aspektləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Müharibə başlayan gündən etibarən ordumuza dəstək olan rəsədxananın bir qrup əməkdaşı və övladları Vətən müharibəsində iştirak edərək düşmənlə üz-üzə cəbhədə mübarizə aparmışlar. Digər əməkdaşlar isə, xüsusən də gənc alim və mütəxəssislər informasiya mübarizəsində fəallıq nümayiş etdirmişlər.

Tədbirdə, həmçinin ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və digər uğurlardan söz açılıb.

Tədbirə Şamaxı şəhərində yerləşən Şəhidlər Xiyabanının ziyarəti ilə yekun vurulub, qəhrəman şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025