Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxananın 65 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasimi keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxananın 65 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasimi keçirilib
25.09.2024 09:09 / KONFRANSLAR Rəsədxananın 65 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan  “Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfransınaçılış mərasimi keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirə ABŞ, Almaniya, Fransa, Türkiyə, İsrail, İtaliya, Rusiya, Polşa, Özbəkistan, Qazaxıstan, Çexiya, Ukrayna və digər ölkələrdən alim və mütəxəssislər qatılıb.

Tədbiri giriş nitqi ilə açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov XIII əsrdə yaşamış dahi azərbaycanlı astronom alim,  riyaziyyatçı və filosof Nəsirəddin Tusinin adını daşıyan elmi mərkəzin yaranma tarixi və inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, ŞAR-ın yaradıldığı dövr ümumilikdə Sovetlər birliyində kosmik eranın başlanğıcı kimi səciyyələnir. Müxtəlif zamanlarda bura kosmonavtların, tanınmış alim və mütəxəssislərin tez-tez ziyarət etdiyi məkana çevrilmiş, alimlərimiz tərəfindən əldə edilən elmi nəticələr dünyanın aparıcı elmi qurumlarının diqqət mərkəzində olmuşdur.  

N.Cəlilov qeyd edib ki, dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması, eyni zamanda Azərbaycanda kosmik sənayenin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtaşırı Şamaxı Astrofizika Rəsədxanasına gələrək fəaliyyətini daim diqqət mərkəzində saxlayan Ümummilli liderin göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti  həmin kafedranın məzunlarıdır.

Rəsədxananın müasir dövrdə inkişafına göstərilən dövlət qayğısından bəhs edən alim vurğulayıb ki, 2008-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla rəsədxananın maddi-texniki bazası gücləndirilib, inzibati binada əsaslı təmir-tikinti, abadlıq işləri aparılıb. Alimlərimizin mənzil şəraitini yaxşılaşdırmaq üçün iki möhtəşəm bina inşa edilib, yüksək infrastruktura malik şərait yaradılıb. Poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər istifadəyə verilib.

Rəsədxanada yaradılan elmi laboratoriyaların fəaliyyətindən söz açan N.Cəlilov qeyd edib ki, hazırda alimlərimiz tərəfindən müasir astrofizikanın müxtəlif istiqamətləri üzrə aktual mövzularda tədqiqatlar həyata keçirilir. Son dövrlərdə beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini diqqətə çatdıran alim dünyanın aparıcı elmi mərkəzləri ilə birgə həyata keçirilən layihələr haqqında da məlumat verib.

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "Elmi müəssisələrlə iş" şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov hazırda Şamaxı Astrofizika Rəsədxanasında çalışan alim və mütəxəssislərin bu sahədə zəngin elmi irsin, böyük elmi məktəblərin davamçıları olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan  elmi potensialın qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir.

Natiq son illər ölkəmizdə elm və təhsil sisteminin təşkili, eyni zamanda bu iki sahənin uğurlu inteqrasiyası istiqamətində həyata keçirilən əməli tədbirlərin  digər sahələrdə olduğu kimi astrofizika sahəsində də yüksək ixtisaslı kadrların hazırlanmasına hədəfləndiyini ifadə edib. Bildirib ki, hazırda rəsədxanada çalışan gənclərin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunaraq bilik və bacarıqlarının təkmilləşdirilməsi bu istiqamətdə atılan uğurlu addımlardandır. Yubiley münasibətilə rəsədxananın kollektivini təbrik edən  M.Hacıbəyov bu əlamətdar hadisəyə həsr olunan beynəlxalq konfransın müvafiq sahə üzrə tədqiqat aparan alim və mütəxəssislərin bir araya gələrək, prioritet məsələlər və problemlər ətrafında bilik və təcrübə mübadiləsinin aparılması, həmçinin perspektivlərin müzakirə olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Arif Həşimov Şamaxı Astrofizika Rəsədxanasının dünya astrofizika elminə böyük töhfələr bəxş etdiyini vurğulayıb. Qeyd edib ki, modern üslubu ilə seçilən ŞAR dünyanın mindən artıq rəsədxanası arasında teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra digər parametrlərinə görə önəmli mövqeyə malikdir. Bir sıra kosmik proqramlarda iştirak edən bu elm ocağında alınan uğurlu elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilib. Mars və Ay planetlərinə məxsus bir neçə krater zəngin elmi məktəblərin banisi olmuş rəsədxana əməkdaşlarının, eləcə də dahi ədiblərimizin, görkəmli elm və mədəniyyət xadimlərinin adını daşıyır.

Şamaxı Astrofizika Rəsədxanasının uzun illər AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərdiyini vurğulayan akademik A.Həşimov qeyd edib ki, hazırda da akademiya ilə rəsədxana arasında sıx əməkdaşlıq əlaqələri davam etdirilir.

Sonra bir sıra yerli və xarici qonaqların Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyi ilə bağlı təbrik nitqi dinlənilib. 

Tədbirdə, həmçinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan video-çarx nümayiş etdirilib.

Açılış mərasimindən sonra konfrans öz işini elmi çıxışlar fonunda davam etdirib. Hibrid şəkildə təşkil olunmuş konfransda ilk olaraq "Günəş fizikası, Günəş və Yer əlaqələri" elmi sessiyasına start verilib. Maraqlı məruzələrin yekununda elmi diskussiyalar aparılıb.

Qeyd edək ki, beynəlxalq konfrans sentyabrın 26-dək davam edəcək. Tədbir çərçivəsində keçiriləcək 8 plenar sessiyada müvafiq sahəyə dair müxtəlif mövzularda 54 elmi məruzə dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025