Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günəş sistemində daha bir Koyper qurşağı aşkar olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günəş sistemində daha bir Koyper qurşağı aşkar olunub
11.09.2024 18:09 / ASTRO XƏBƏRLƏR Günəş sistemində daha bir Koyper qurşağı aşkar olunub

Yaponiya Milli Astronomiya Rəsadxanasının tədqiqat qrupu Günəşdən 70-90 a.v (astronomik vahid) məsafədə Koyper qurşağına bənzər daha bir qurşaq kəşf ediblər. Onların fikrincə bu ya ayrıca bir qurşaqdır, ya da Koyper qurşağının bir hissəsidir.

Bizə ən yaxın göy cisimləri Günəş sisteminin daxilində yerləşsə də, çox kiçik cisimlər və strukturlar Günəşdən uzaqlaşdıqca qaranlıq və soyuq olduğuna görə tam müşahidə oluna bilmir. Günəş sistemi 8 əsas planetdən əlavə, asteroid, kometlərin toplaşdığı qurşaqlardan və Oort buludundan ibarətdir. Marsla Yupiterin arasında asteroid qurşağı, Neptundan sonra isə əksər kometlərin mənbəyi olan, kiçik buzlu daş parçalarından ibarət Koyper qurşağı yerləşir. Burada Pluton da daxil olmala Günəş sisteminin bir çox kiçik cisimləri məskunlaşıblar. Koyper qurşağı təxminən 20 a.v uzunluğunda sahəni əhatə edir. Bu uzaqlıqda yerləşən cisimlər Günəşin radiasiyası minimal olduğundan, yarandıqları ilk gündən indiyədək demək olar ki, dəyişməyərək 4.6 milyard il əvvəl Günəş sistemi yarandığı zamankı informasiyanı özlərində daşıyırlar.

Havay adalarında qurulmuş Subaru Teleskopu ilə Koyper qurşağının müşahidəsi nəticəsində 263 yeni obyekt aşkar olunub. Bu obyektlərdən 11-i Koyper qurşağının indiyədək məlum olan sərhədlərindən kifayət qədər uzaqda, Günəşdən təqribən 70 a.v məsafədə yerləşir. Alimlər Koyper qurşağının xarici sərhəddini ekstrapolyasiya edərək belə qərara gəliblər ki, onun sıxlığı daha bir qurşaq yaratmaq üçün kifayət qədər yüksəkdir. 55-70 a.v arasında isə heç bir obyekt aşkarlanmayıb. Tədqiqat qrupunun şərhinə görə, adətən müşahidə etdiyimiz bütün digər planet sistemlərində belə boşluq mövcuddur və bizim Koyper qurşağımız digər sistemlərlə müqayisədə çox kiçik görünür. Bu isə müşahidələrin qeyri-dəqiqliyi, bizim Günəş sisteminin kənarını tam müşahidə etmək imkanlarımızın məhdudluğu ilə bağlıdır.

Qeyd edək ki, tədqiqat işi “Planetary Science Journal”da çap olunmaq üçün qəbul olunub və arxiv serverində yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025