Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
09.09.2024 14:09 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı nisbətən azalaraq, həftə boyunca M  və C sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma 3813 regionunda qeydə alınan M3.3 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq  II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 11 ləkə qrupunda 176 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və həyəcanlaşmış səviyyədə (1308 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə  həftə  boyunca S1 səviyyəsi ətrafında olmuşdur. Hal-hazırda proton qasırğası yenidən aktivdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 585 km/san,Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 26 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (377 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti  12 nT, radial istiqamətdə isə  10 nT təşkil edir.  Kp indeksi 2-dən çoxdur.  

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit - aktiv səviyyələrdə olmuş, 04 sentyabrda qısamüddətlli isə G1 səviyyəsi və TKA-nın zərbə dalğası nəticəsində  40 nT geomaqnit impulsu qeydə alınmışdır,

Kosmik hava proqnozu – Proqnoz günlərində (09 – 15 sentyabr ) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.  

Günəş küləyinin  08 sentyabrda baş vermiş TKA-nın və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsi - TKA və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə  bu gün axşam saatlarından başlayaraq növbəti günlərdə G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025