Ekskursiyalar Saytın xəritəsi
AZEN
ŞAR əməkdaşları "COIA-2024"-ə qatılıblar - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
ŞAR əməkdaşları "COIA-2024"-ə qatılıblar
30.08.2024 09:08 / KONFRANSLAR ŞAR əməkdaşları "COIA-2024"-ə qatılıblar

27-29 avqust tarixlərində Türkiyənin İstanbul Universitetinin ev sahibliyi ilə hibrid formada “9th International Conference on Control and Optimization with Industrial Applications (COIA-2024)” keçirilmişdir. Konfrans idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və praktikantlar üçün elmi nəticələri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçün faydalı platforma rolunu oynayır. Bununla yanaşı bu konfransda hər il bir sıra Fizika və Astronomiya sahəsində fəaliyyət göstərən alimlər iştirak edir və öz elmi təcrübələrini bölüşürlər. 2005-ci ildə Azərbaycanda start götürən COIA konfranslar silsiləsi uzun illərdir uğurla təşkil olunur. Hər il olduğu kimi bu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına  Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları bu konfransda fəal iştirak ediblər.

Konfransda onlayn formada çıxış edən ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsində böyük elmi işçisi Ülkər Rüstəm “The atmosphere parameters of the star HD148743 (A7Ib)” mövzusunda elmi məruzə təqdim etmişdir. “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin ifratnəhəng ulduzlarla məşğul olan tədqiqat qrupunun  - astr.e.d., dos. Zahir Səmədov, f.ü.f.d., dos. Əliqulu Xəlilov, astr.ü.f.d. Ülkər Rüstəm və Aynurə Həsənovanın  birgə yerinə yetirdiyi  işdə  model üsulu ilə  A spektral sinifli ulduzun atmosferi tədqiq edilmiş,  HD148743 (A7IB) ulduzunun fundamental parametrləri-effektiv temperaturu, səthində ağırlıq qüvvəsinin təcili, mikroturbulent hərəkət sürəti və metallığı təyin edilmişdir. Ulduzun effektiv temperaturu və səthində ağırlıq qüvvəsinin təcili c1, Q fotometrik indekslərinin və Hidrogenin Balmer seriyasının spektral xətlərinin ekvivalent enlərinin müşahidə  və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi əsasında təyin edilmişdir: Teff = 7750 ± 150K, logg = 0.8 ± 0.2. FeII, TiII və CrII xətləri əsasında mikroturbulent hərəkət sürəti təyin edilmişdir. Uyğun olaraq ξt   = 6.0 ± 0.5km/s,  ξt   = ± 0.5 km/s, ξt= 6.4 ± 0.5 km/s qiymətləri alınmışdır. HD148743 (A7IB) ulduzunun atmosferində elementlərin miqdarı təyin edilərək, Günəşdə olan miqdarla müqayisə olunmuş, Na, N elementlərinin miqdarının artıqlığı aşkar edilmişdir. Yekun olaraq alınmışdır ki, kimyəvi tərkibinə görə HD148743 (A7IB) ulduzu Post AGB ulduzu deyil, adi ifratnəhəng ulduzdur.

Maraqla qarşılanan çıxışın sonunda konfrans iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025