Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günəş fəallığında vəziyyət - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günəş fəallığında vəziyyət
26.08.2024 14:08 / MARAQLI MƏLUMATLAR Günəş fəallığında vəziyyət

Günəş fəallığının ən çox öyrənilən növü Günəş ləkələrinin sayının dəyişməsidir. Günəş ləkələri haqqında ilk məlumatlar b.e.ə. 800-cü ilə aiddir. Teleskop kəşf olunduqdan sonra (Qaliley, 1610) astronomlar Günəş ləkələrini öyrənmək üçün teleskoplardan müşahidələr aparmışlar. 19-cu əsrdən başlayaraq Günəş fəallığının Yerə təsiri öyrənilməyə başlamışdır. Məsələn V.Herşelin 1801-ci ildə Günəş ləkələrinin sayı ilə bazarda buğda qiymətləri arasında əlaqənin olduğunu qeyd etmişdir.

Ləkələrin sayının artma və azalması hazırda günəş fəallığının 11 illik dövrü kimi məlumdur. Ləkələrin yaranma mexanizmi və fiziki xassələri ilə tanış olmaq üçün oxucular müvafiq astrofizika dərsliklərindən yararlana bilərlər.

Qeyd edək ki, hazırda günəş fəallığı yerüstü stansiyalardan və meteoroloji peyklərdən əldə edilmiş geniş məlumatlardan, habelə, cari Günəş fəaliyyətinin müşahidələrindən istifadə etməklə öyrənilir. Alınan məlumatlar qrafik və cədvəl şəklində müxtəlif elmi tədqiqat institutlarının veb səhifələrində yerləşdirilir və bu məlumatlar ictimaiyyətə açıqdır. Bəs hazırda günəş fəallığı hansı vəziyyətdədir?

Şəkil 1-də müxtəlif illərə görə günəş ləkələrinin sayı arasında asılılıq qarfikindən görünür ki, hal-hazırda Günəş ləkələrinin sayı 11 -illik dövrə görə növbəti maksimuma yaxınlaşır və proqnoza görə 2025-ci ildə maksimumda olacaq. Şəkildə qara xətlə gündəlik, göy xətlə orta aylıq, qırmızı və narıncı  xətlə proqnozlaşdırılan, çəhrayı hamar xətlə proqnoslaşdırın 25 -ci günəş aktivliyinə görə ləkələrin sayı göstərilir.

Şəkil 2-də bu günki tarix üçün üstdəki sırada soldan sağa Hα xəttində Günəş xromosferinin (Avstriya Solar Observatory), sonra fotosferinin və maqnit sahəsinin (SDO peyki) şəkilləri verilir. Aşağıdakı sırada HeII304 Å zolağında, FeIX 171Å zolağında təsvirlər (SDO peyki), və sonda Günəş küləyini təsvir edən fotolar verilmişdir (SOHO peyki). Şəkillər göstərir ki, bu gün günəş səthində 9-a qədər böyük ləkə qrupları, hər qrupda da 8-20-yə qədər kiçik ləkələr müşahidə olunmaqdadır.

3-cü şəkildə Günəş fəallığının göstəricilərindən olan günəş alışmalarının sayının illərə görə paylanma qrafiki verilir. Günəş alışmaları intensivliyinə görə təsnif olunur. Alışmanın gücü  hərfləri ilə ifadə olunur, bu zaman şüalanma intensivliyi uyğun olaraq 10-7 Vt/m2-dən 10-4 Vt/m2 -ə qədər intervalı əhatə edir. 3-cü şəkildən görünür ki, hazırda alışmaların intensivliyi M (intensivliyi 10-5 – 10-4 Vt/m2) ilə ifadə olunur. 3-cü şəkildə C-qəhvəyi, M-qırmızı, X-tünd çəhrayı rəngdə verilir. Mavi xətt və nöqtələr Günəş ləkələrinin illərə görə orta sayını göstərir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025