Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astronomiya elminə ağır itki üz verib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astronomiya elminə ağır itki üz verib
23.08.2024 18:08 / MÜHÜM HADİSƏLƏR Astronomiya elminə ağır itki üz verib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan MR Batabat Astrofizika Rəsədxanasının direktoru, astronomiya üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Qulu Əhməd oğlu Həziyev 15 yanvar 1954-cü ildə Şahbuz rayonu Biçənək kəndində anadan olub. Orta təhsilini 8-ci sinfə qədər Biçənək kənd 8 illik məktəbində, 9-10-cu sinfi isə  Aşağı Qışlaq kənd orta məktəbində alıb. Qulu Həziyev Ali təhsilini Azərbaycan Dövlət Universitetində (İndiki Bakı Dövlət Universiteti) almışdır. Ali təhsilini başa vurduqdan sonra 1977-ci ildə təyinatla Bərdə rayonuna göndərilmiş və 1979-cu ilin fevral ayına qədər Bərdə rayonunun Cumalar kənd 8 illik məktəbində müəllim işləyib. 1979-cu ilin aprel ayından 1995-ci ilə qədər Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisindəki Batabat bölməsində müxtəlif vəzifələrdə, 1995-ci ildən 2003-cü ilə qədər isə Batabat bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ilin yanvar ayında AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru vəzifəsinə təyin olunmuş və ömrünün sonuna kimi həmin vəzifədə çalışmışdır (2003-2023-cü illərdə AMEA Naxçıvan Bölməsi, 2023-2024-cü illərdə isə Elm və Təhsil Nazirliyi).

Uzun illər ərzində apardığı elmi tədqiqat işini (“Günəşdəki irimiqyaslı maqnit sahələrinin dövrü dəyişmələri” mövzusunda dissertasiya işini) 2007-ci ildə uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almış, 2015-ci ildə isə “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə dosent elmi adı verilmişdir.

Qulu müəllim 2007-ci ildən (2016-2020-ci illər istisna olmaqla) Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin "Ümumi və nəzəri fizika" kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1979-cu ildən elmi fəaliyyətlə məşğul olan astronom alim 2 kitabın və 70-ə yaxın elmi məqalənin müəllifidir.

Qulu müəllimin ailəsinə və bütün yaxınlarına rəsədxana əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025