Ekskursiyalar Saytın xəritəsi
AZEN
ŞAR-ın əməkdaşları "Qamov Beynəlxalq Astronomiya Konfransı"nda çıxış ediblər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
ŞAR-ın əməkdaşları "Qamov Beynəlxalq Astronomiya Konfransı"nda çıxış ediblər
23.08.2024 17:08 / KONFRANSLAR ŞAR-ın əməkdaşları "Qamov Beynəlxalq Astronomiya Konfransı"nda çıxış ediblər

19-23 avqust 2024-cü il tarixlərində Ukraynanın Odessa şəhərində onlayn formada "Astronomy and beyond: Astrophysics, Cosmology and Gravitation, Astroparticle Physics, Radioastronomy, Astrobiology and Genetics” mövzusunda XXIV Qamov Beynəlxalq Astronomiya konfransı keçirilib.

Astronomiyanın müxtəlif sahələrini özündə birləşdirən konfransda hər il olduğu kimi dünyanın müxtəlif ölkələrindən olan qabaqcıl astronomları ilə yanaşı, Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları da məruzələrlə çıxış ediblər.

Konfransda  onlayn formatda iştirak edən ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynurə Həsənova “HD 187982 ifratnəhəng ulduzunda Hβ, Hγ, Hδ xəttlərinin spektral dəyişkənliyi”,  “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsini müdiri Səbinə Məmmədova “Third component in Algol type eclipsing binary systems” adlı və həmin şöbənin elmi işçisi Aysel Rüstəmova “Active stage of the symbiotic star CH Cyg in 2015” adlı məruzə ilə çıxış ediblər.

Aynurə Həsənova çıxışında HD 187982 ifratnəhəng ulduzunun ŞAR-ın 2-m teleskopunda 2016-2020-ci illərdə müşahidə olunmuş spektrləri əsasında spektral dəyişkənliyi tədqiq edib. Tədqiqat nəticəsində hidrogen xətlərinin (Hβ, Hγ, Hδ) spektral parametrlərinin zamana bağlı dəyişdiyi və ulduz atmosferində bu dəyişkənliyin təqribən 24-29 gün davam etdiyi, amplitudun isə 6-8 km/s olduğu aşkar edilib. Hidrogen xətlərinin şüa sürəti ilə ulduzun kütlə mərkəzinin şüa sürəti arasındakı fərq xəttin kvant ədədi artdıqca azalır. Sürət ulduzun birinci kosmik sürətindən kiçik olduğu üçün ulduz küləyinin atdığı maddə qısa müddət sonra yenidən ulduz səthinə qayıdır. Nəticədə, ulduz ətrafında qaz diski və spektrdəki şüalanma xətləri dəyişir.

Səbinə Məmmədova isə  son dövrlərdə Alqol tipli tutulan qoşa ulduzların müşahidələrində yüksək ayırdetməli eşelle spektrometrlərinin tətbiqi nəticəsində bəzi ulduz sistemlərində üçüncü ulduzun mövcudluğunu aşkar edən araşdırmasından danışıb. Bu ulduzlar Alqol alt qrupu kimi formalaşır. Məruzədə bu alt qrupdan delta Lib və USge ulduzlarının Şamaxı Astrofizika Rəsədxanasında alınmış yüksək ayırdetməli spektrləri təhlilindən alınmış nəticələr təqdim edilib.

Son məruzəçimiz Aysel Rüstəmova ŞAR-ın 2-m teleskopunda alınmış alınmış materialları əsasında CH Cyg simbiotik ulduzunun spektrində hidrogenin Hα və Hβ xətlərində aşkar olunmuş udulma Jet-ləri haqqında danışıb. 2500 km/s sürətə çatan püskürmələr simbiotik ulduzlarda daha əvvəl müşahidə olunan Jet-lərin müxtəlif formalarını təkrarlayır. Bu müşahidələr simbiotik ulduzlarda enerji ayrılmasının unikal mexanizminin tədqiqində böyük elmi əhəmiyyətə malikdir.

Məruzələrin sonunda konfrans iştirakçılarının  mövzu ilə bağlı sualları cavablandırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025