Ekskursiyalar Saytın xəritəsi
AZEN
Bu dünyadan bir elm sevdalısı keçdi - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Bu dünyadan bir elm sevdalısı keçdi
15.08.2024 12:08 / MÜHÜM HADİSƏLƏR Bu dünyadan bir elm sevdalısı keçdi

Bu gün avqust ayının 15-də tanınmış astronom, astronomiya elminin böyük təəssübkeşi Ətayi Ədalət Əbülfət oğlunun ad günüdür. O, uzun sürən ağır xəstəlikdən sonra 04 avqust 2024-cü il tarixində vəfat edib. Yaşasaydı bu gün 73 yaşı olacaqdı. Kimlərəsə bu yaş çox, kimlərə isə az görünə bilər. Ədalət müəllim yaşadığı ömrünü bütünlüklə astronomiya elminə həsr edib, Günəş sisteminin böyük planetlərinin və ümumən Kainatın sirrlərini öyrənməyə çalışırdı. Kainat miqyaslarında istər 73 il olsun istər 1073 il fərq etməz, bir andır. Bu həqiqəti dərk edən insan üçün neçə il yaşaması önəmli deyil, önəmli olan bu dünyada ona ayrılmış ömür payını necə yaşamasıdır. Ədalət Ətayi bu həqiqəti qəbul edən böyük bir ziyalı kimi həqiqətən mənalı bir ömür yaşadı.

Astronom alim bu həyatda ürəkdən sevdiyi işlərlə məşğul oldu və həmişə böyük uğurlar qazandı. Bu uğurların mənbəyi sevdiyi işlərlə məşğul olmaqla yanaşı, onun xarakterindən irəli gələn,  gördüyü işə böyük məsuliyyətlə yanaşması, məqsədyönlü fəaliyyət göstərməsi, inadkarlığı olmuşdur. Bu mənada o, həyatda şanslı insan hesab oluna bilər.

Ədalət Ətayi 1968-73-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində təhsil alıb.

1971-ci ildə Şamaxı Astrofizika Rəsədxanasını üçün kadr hazırlamaq məqsədi ilə Azərbaycan Dövlət Universitetinin (BDU) fizika   fakültəsində astrofizika qrupu yaradılır və Ə.Ətayi böyük həvəslə həmin qrupa daxil olur. O, ADU-nin V kursunda təhsil alarkən, sonradan,  Mars planetinin kraterlərindən birində adı əbədiləşdiriləcək Nadir İbrahimovun rəhbərliyi altında diplom işi yerinə yetirir.

1973-cü ildə ADU-nu bitirdikdən sonra təyinatla Şamaxı Astrofizika Rəsədxanasına işə göndərilir və N.İbrahimovun rəhbərliyi altında Günəş sistemi nəhəng planetlərinin spektral müşahidələri, spektrlərin işlənməsi və analizi metodlarını mənimsəməyə başlayır.

1975-ci ildə AMEA ŞAR-ın aspiranturasına daxil olur. 1977-ci ildə N.İbrahimov vaxtsız vəfatından sonra Ə.Ətayi elmi fəaliyyətini Qazaxstan EA Astrofizika institutunun professoru V.Q.Teyfelin rəhbərliyi altında davam etdirir.  

Ə.Ətayi 1981-ci ildə Ukrayna EA Baş Astronomiya Rəsədxanasında “Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası” mövzusunda dissertasiya müdafiyə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır.

Ədalət müəllim bir sıra orijinal elmi nəticələrin müəllifidir. Onun planet atmosferləri və kometlərin tədqiqi sahəsində elmdə iz qoyduğu, ilk dəfə aldığı nəticələdən bəzilərini qeyd etmək yerinə düşər:

- “Voyajer”peykinin qeyd etməsindən əvvəl N.İbrahimovla birlikdə Yupiterin İo peykində aktiv proseslərin baş verməsini, aşkar etmişlər. 1979-cu ilin martında ABŞ kosmik aparatı bu aktivliyin vulkanik püskürmələr olmasını təsdiq etdi.

- Neptun və Uran planetlərini geniş spektral oblastda tədqiq etmiş, onların spektrlərində çoxlu sayda eyniləşdirilməmiş udulma zolaqları aşkar etmişdir. Udulma zolaqlarının mərkəzi hissəsində Neptunun Urandan parlaq olduğunu müəyyən etmişdir.

- Diski görünməyən planetlərin atmosfer modelini işləyib hazırlamışdır. Böyük planetlər qrupuna aid olmalarına baxmayaraq Uran və Neptunun atmosferlərinin quruluşunun Yupiter və Saturndan fərqləndiyini aşkar etmişdir.

- Yupiterin atmosferinin qeyri-bircinliyini tədqiq etmək üçün, müşahidə nəticələrinə

əsasən temperaturun, aerozol və qaz hissəciklərinin nisbi miqdarının, udulma xüsusiyyətlərinin araşdırılmasına əsaslanan mükəmməl üsul təklif etmişdir.

- Yupiterin diskində Böyük Qırmızı Ləkə  və onun əhatəsində olan detalları tədqiq edərək, planetin şəkildəyişmələrinin istilik rejimi və doymuş qazların miqdarının dəyişməsi ilə izah etmişdir.

- Müşahidə edilən zolaqların əmələ gəldiyi dərinlikdə Qırmızı Ləkənin optik xüsusiyyətlərinin ətraf mühitdən fərqlənmədiyini müəyyən etmişdir. Bu nəticə Yupiterin İQ oblastda aparılan müşahidələrin nəticələri ilə təsdiq olunur.

- Rəhbərlik etdiyi laboratoriya əməkdaşları ilə birlikdə  1986-cı ildə Şamaxı Astrofizika rəsədxanasında Halley kometinin mütləq spektrofotometrik müşahidələri aparılmışdır. Halley kometi atmosferində həyəcanlaşma temperaturu təyin edilmiş, kometin yaxınlaşdığı və uzaqlaşdığı dövrdə fiziki şəraitin termodinamik tarazlıq halından kəskin kənaraçıxması halı müəyyən edilmişdir. Bu nəticələr “Veqa” və “Jotto” kosmik stansiyalarının nəticələri ilə tam uyğunluq təşkil edir və bu komet üçün beynəlxalq məlumat bazasına daxil edilmişdir.

Son illərdə o, planet fizikasının və ümumilikdə ulduzəmələgəlmə proseslərinin tədqiqində müaisr nəzəri və praktiki astrofizikanın aktual problemlərindən biri olan nəhəng planetlərin daxili enerjisinin mənbəyi məsələləri ilə məşğul idi. Elmlər doktoru dissertasiyasını demək olar ki, tamamlamışdı.

Ədalət Ətayi 1985-ci ildə keçmiş SSRİ də planet atmosferlərinin tədqiqi üzrə iki tədqiqat qrupuna üzv, bir qrupa isə sədr seçilmişdir.

O, 1986-cı ildən Beynəlxalq Astronomiya İttifaqının, 1994-cü ildən isə Avropa Astronomiya Cəmiyyətinin üzvüdür.

Ədalət müəllimin  maraq dairəsinə qədim, orta əsrlər və çağdaş astronomiya tarixi, eləcə də astronomik bilgilərin təbliği istiqamətləri də daxil idi. Bu istiqamətlərin hər birində o, öz sözünü deyib. Alim, 70-dən çox elmi əsərin və 100-ə yaxın elmi-kütləvi məqalələrin, o cümlədən “Günəş sistemi planetləri” adlı monoqrafiyanın, “Nəsirəddin Tusi - yaşadığı dövr və milli mənsubiyyəti” və bir sıra digər kitabların müəllifidir. O, həmçinin, məktəblilər üçün hazırlanmış “Astronomiya” dərsliyinin həmmüəlliflərindən biridir.

Ədalət müəllim 1984-cü ildən əvvəlcə ADPU-da, sonradan isə uzun illər ərzində ömrünün sonuna kimi BDU-nin fizika fakültəsinin Astrofizika kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. BDU-nun fizika fakültəsində tələbələrə “Klassik Astronomiya“ və “Planetlərin atmosferi” fənnlərindən mühazirə oxumuşdur.

Ədalət Ətayi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxaanasında, N.İbrahimovun vəfatından sonra, onun yaratdığı elmi laboratoriyanın, sonradan isə ömrünün sonuna kimi  “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri olmuşdur.

Ədalət müəllim sadə,  təmənnasız bir ziyalı ömrü yaşadı. O, böyük bir elm sevdalısı, olduqca ünsiyyətçil iş yoldaşı, səmimi,  sadiq bir dost, qayğıkeş bir ailə başçısı idi. Ədalət müəllimin  ruhu əbədi olaraq, onun Kainatla teleskoplarla əlaqə yaratdığı Pirqulu gecələrində, eləcə də kövrək vaxtlarında böyük həsrətlə xatırladığı Təbrizin, Ərdəbilin gecələrində dolaşacaq.

Ədalət müəllimin əziz, işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişəlik yaşayacaqdır.

Allah rəhmət eləsin!

                                                                                N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi,

                                                                                BDU-nun Astrofizika kafedrasının dosenti Bayram Rüstəmov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025