Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
12.08.2024 10:08 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı əvvəlki səviyyədə qalaraq, həftə boyunca M və X sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma 3767 regionunda qeydə alınan X1.7 sinifli alışmaolmuşdur. Alışmalara bağlı olaraq  II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində 11 ləkə qrupunda 194 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.  

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur, 10 MeV-dən çox enerji yüklü proton seli isə 05-06 avqustda S1 səviyyəsinə yüksəlmişdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 667 km/san,Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 21 nT, radial istiqamətdə isə -15 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 510 km/san-dir, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15.54 nT, radial istiqamətdə isə  -14.06 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit - aktiv səviyyələrdə olmuşdur. Gözlənilən TKA-ın təsiri nəticəsində 11 avqustdan G1(zəif) səviyyəsi ilə başlayan geomaqnit qasırğası, hal-hazırda G3 (güclü) səviyyəsinədək yüksəlmişdir və güclü geomaqnit qasırğası davam edir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (12 – 18 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 30-31 iyul tarixlərində S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.  

Günəş küləyinin sürətinin 08 və 10 avqustda baş vermiş TKA-ın təsiri nəticəsində yüksək olacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsi - Hal-hazırda geomaqnit qasırğası davam edir və geomaqnit sahəsinin  13-14 avqustda sakit səviyyəyə dönəcəyi gözlənilir. Sonrakı günlərdə geomaqnit qasırğası proqnozlaşdırılmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025