Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astrofizika elm sahəsində tanınmış alim Əkrəm  Əhməd  oğlu Aslanov vəfat edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astrofizika elm sahəsində tanınmış alim Əkrəm  Əhməd  oğlu Aslanov vəfat edib
05.08.2024 11:08 / MÜHÜM HADİSƏLƏR Astrofizika elm sahəsində tanınmış alim Əkrəm Əhməd oğlu Aslanov vəfat edib

Əkrəm Əhməd oğlu Aslanov 10 sentyabr 1954-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. 1971-1976 –cı illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) Fizika fakültəsini astrofizika ixtisası üzrə bitirib təyinatla Şamaxı Astrofizika Rəsədxanasına işə göndərilmişdir. O, ADU-nun astrofizika kafedrasının ilk məzunlarından biri olub. 1977-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin yanında P.Şternberq adına Dövlət Astronomiya İnstitutuna akademik A.M.Çerepaşukun məktəbində ixtisasartırma kursuna ezam olunur. 1978-1981-ci illərdə MDU –nun aspiranturasında təhsil alır. 1983-cü ildə akademik A.M.Çerepaşukun rəhbərliyi altında «İfrat böyük kütləli qoşa ulduzların təkamülünün son mərhələlərinin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1981-1990-cı illərdə MDU-nun nəzdində Dövlət Astronomiya İnstitutunda kiçik elmi işçi, daha sonra böyük elmi işçi vəzifələrində çalışmışdır. Ailə vəziyyəti ilə əlaqədar 1990-cı ildə Gəncə şəhərinə qayıtmışdır. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetinin UTF və riyazi analiz kafedrasında müəllim, 1995-2015 ci illərdə GDU-nun İnformatika kafedrasının dosenti vəzifələrində işləmişdir. Əkrəm Aslanov MDU –da işlədiyi müddətdə Şamaxı Astrofizika Rəsədxanası ilə sıx əlaqə saxlamış, gənc kadrların Moskva Dövlət Astronomiya İnstitutunda ixtisasartırma kursu keçməsində böyük xidmətlər göstərmişdir. Əkrəm Aslanov Gəncə Dövlət Universitetində işlədiyi müddətdə də Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqələrini kəsməmiş, gənc kadrlara elmi-metodiki köməyini davam etdirmişdir, dissertasiya işlərinə rəy yazmış, rəsmi opponent olmuşdur.

 F.r.e.n., dos. Əkrəm Aslanov astrofizika sahəsində 60-dan artıq elmi məqalənin müəllifidir.

Böyük alim, səmimi, pozitiv bir insan kimi Əkrəm Aslanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025