Ekskursiyalar Saytın xəritəsi
AZEN
Azərbaycan Astronomiya elminə ağır itki üz verib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Azərbaycan Astronomiya elminə ağır itki üz verib
05.08.2024 12:08 / MÜHÜM HADİSƏLƏR Azərbaycan Astronomiya elminə ağır itki üz verib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi uzun sürən xəstəlikdən sonra avqust ayının 4-də vəfat edib.

Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirərək Bakı Dövlət Universitetininin Fizika fakultəsinə qəbul olunmuş, 1973-cü ildə isə universitetdən məzun olan gələcək alim təyinatla N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında çalışmağa başlamışdır.

1975-ci ildə AMEA-nın aspiranturasına qəbul olunaraq görkəmli astronom Nadir İbrahimovun rəhbərliyi altında “Günəş sistemi planetlərinin atmosferlərinin tədqiqi” işi ilə məşğul olmağa başlamış, N.İbrahimovun vəfatından sonra isə öz tədqiqatlarını professor V.Q.Teyfelin rəhbərliyi altında Almatı şəhərində Astrofizika İnstitutunda davam etdirmişdir. 1981-ci ildə Kiyevdə Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi Şurasında “Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Alim 70-dan çox elmi əsərin və 100-ə yaxın elmi-kütləvi məqalələrin, o cümlədən “Günəş sistemi planetləri” adlı monoqrafiyanın, “Nəsirəddin Tusi - yaşadığı dövr və milli mənsubiyyəti” və bir sıra digər kitabların müəllifidir. O, həmçinin, məktəblər üçün hazırlanmış “Astronomiya” dərsliyinin müəlliflərindən biri olmuşdur.

Elmi-tədqiqatlarla yanaşı 1984-2000-ci illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş astronom alim, uzun müddət “Planetlər və kiçik səma cisimləri" şöbəsinə rəhbərlik etmiş, 2005-2011-ci illərdə AMEA-nın 2 fəxri fərmanı ilə təltif edilmişdir.

Görkəmli astronom, səmimi insan və gözəl ailə başçısı olan Ədalət Ətayinin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin! 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025