Ekskursiyalar Saytın xəritəsi
AZEN
İlkin ulduzlardan ibarət Qalaktik disk tapılıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
İlkin ulduzlardan ibarət Qalaktik disk tapılıb
02.08.2024 14:08 / ASTRO XƏBƏRLƏR İlkin ulduzlardan ibarət Qalaktik disk tapılıb

 Postdam Astrofizika İnstitunun alimləri “Gaia”nın müşahidə materiallarına əsasən Günəşdən 3200 işıq ili məsafədə ilkin ulduzların formalaşdırdığı nazik qalaktik disk aşkar ediblər. Bu ulduzların bəzilərinin yaşı 13 milyard ildən çoxdur. Bu isə o deməkdir ki, formalaşdırdıqları nazik qalaktik disk Böyük Partlayıışdan sonra ilk bir milyard il ərzində formalaşıb. İndiyədək isə alimlər qalaktikaların kainat yarandıqdan bir neçə milyard il sonra formalaşdıqlarını düşünürdülər.

İlkin ulduzlar adətən metallığın aşağı olması, yəni kimyəvi tərkibinin daha yüngül elementlər – hidrogen və heliumdan ibarət olması ilə fərqlənirlər. Çünki hesab olunur ki, ilkin kainat hidrogen və heliumdan ibarət idi. Metalla zəngin ulduzlar isə artıq ikinci nəsil ulduzlardır. Çünki karbon, azot və dəmirədək nisbətən ağır elementlər massiv ulduzların nüvəsində sintez olunur və onlar ifrat yeni ulduz kimi partladıqda kosmosa yayılaraq metallığı yüksək yeni nəsil ulduzları formalaşdırırlar.

 Aşkar olunmuş ulduzların əksəriyyəti nazik diskdə yerləşirlər və qalaktikanın mərkəzi ətrafında vahid sistem kimi dolanırlar. Nazik diskin qalın diskə keçindində yerləşən ən cavan ulduzların yaşı belə  8-10 milyard il ətrafındadır.

Qalaktikanın xromo-xemo-kinematik xəritəsinin qurulması üçün hər bir ulduzun dəqiq yaşının, kimyəvi tərkibini və hərəkətininin təyin olunması çox vacibdir. Bu xəritələşmə Qalaktikanın  necə formalaşması xronologiyasını və təkamül yolunu  araşdırmaq üçün istifadə olunur. Metallığı az ilkin ulduzların öyrənilməsi isə bizə Qalaktikanın yarandığı vaxtda qapı açır. Lakin araşdırma nəticəsində məlum olub ki, bəzi ilkin ulduzların metallığı Günəşinkindən 2 dəfə çoxdur. Bu nəticə  deməyə əsas verir ki, qalaktiklar 4-5 milyard il əvvəl yox, elə kainat təzə yarandığı milyard il ərzində formalaşmağa başlayıblar. Tədqiqat qrupu düşünür ki, qalaktikanın mərkəzində ulduzəmələgəlmə prosesi biz düşündüyümüzdən bir neçə dəfə sürətlə gedib, metallığı yüksək olan ulduzların yaranmasına səbəb olub. Ən əsası isə Qalaktik diskin daha erkən əmələ gəlməsi müşahidə olunan ən uzaq qalaktiklarla bizim Qalaktika arasındakı zaman uyğunsuzluğunu aradan götürür.

Tədqiqat işi üçün ~800 000 ulduz seçilib və maşın-dili üsulu ilə seçmə aparılıb. Əsas parametrlər olaraq qravitasiya, kimyəvi tərkib, temperatur, məsafə, ulduzun kinematikası və yaşı götürülüb. Əlavə olaraq metallığın müqayisəsi üçün LAMOST-LRS kataloqundan istifadə olunub.

 Qeyd edək ki, tədqiqat işi “Astronomy & Astrophysics” jurnalında çapa təsdiq olunub və ilkin versiya arxiv.org serverində yerləşdirilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025