Ekskursiyalar Saytın xəritəsi
AZEN
Maqnit qasırğalarının qütblərdəki əsrarəngiz təzahürü - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Maqnit qasırğalarının qütblərdəki əsrarəngiz təzahürü
26.07.2024 15:07 / MARAQLI MƏLUMATLAR Maqnit qasırğalarının qütblərdəki əsrarəngiz təzahürü

Günəşdəki aktivliyin dəyişməsi Yerə təsirsiz ötüşmədiyindən, bu ulduz daim diqqət mərkəzində saxlanılır. Xüsusilə də Günəşdə baş verən partlayışlar zamanı plazma atılmalarının Yerə doğru yönəlməsinin planetimizdəki təzahürləri həm astronomları, həm də dünya ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biridir. Hazırda Günəş 11 illik tsiklik aktivlik dövründə olduğundan bu partlayışlar daha da intensivləşib ki, bu da öz növbəsində plazma atılmalarının artmasına səbəb olub. Yerə doğru yönəlmiş plazma seli isə  müxtəlif səviyyəli maqnit qasırğalarına səbəb olur.

Qeyd edək ki, Günəşdə periodik olaraq müşahidə olunan alışmalar zamanı Tac dəlikləri Günəş küləyi vasitəsilə kosmosa plazma seli yayır. Onların sürəti  Yer orbitində bəzən 1000 km/san-ni belə aşır. Bu zərrəciklər əsasən proton və elektronlardan ibarətdir. Küləklə  yayılan bu zərrəciklərin bir hissəsi Yerin maqnit qütblərindən atmosferə nüfuz edir. Yer atmosferi əsasən azot və oksigendən təşkil olunub ki, bu zərrəciklər də onların atom və ya molekulları ilə toqquşaraq daha yüksək enerji səviyyəsinə keçmələrinə səbəb olur. Atom və ya molekullar əvvəlki vəziyyətinə qayıtmaq üçün həmin enerjini  işıq fotonları şəklində şüalandıraraq qütb parıltılarını yaradır. Qütb parıltılarına Avrora da deyilir. Avrora Roma mifologiyasında Şəfəq Tanrısı kimi təsvir olunur.

Məlumat üçün bildiririk ki, qütb parıltıları maqnit sahəsinə və atmosferə malik göy cisimlərində müşahidə olunur. Müxtəlif vaxtlarda Mars, Yupiter, Saturn, Uran və Neptunda, planetlərin bəzi peykləri, hətta kometdə belə avroralar müşahidə olunub.

Adətən səmada sakit halda avroral ovalın dimetri 3000 km-i əhatə edir. Qütb parıltıları 60-720 şimal və cənub paralelləri arasında gecələr görünür və atmosferin 60-1000 km aralığında meydana gəlir. Güclü geomaqnit qasırğaları zamanı isə orta enliklərədək müşahidə olunur. Yerin maqnit qütbü fırlanma oxu ilə 11°-lik bucaq təşkil edir və meyllilik Şimali Amerika istiqamətində olduğu üçün  Avrasiyaya nisbətən daha aşağı enliklərədək qütb parıltılarını görmək mümkündür. Bakı Nyu-Yorkla eyni coğrafi enlikdə olmasına baxmayaraq, biz çox güclü maqnit qasırğaları zamanı belə qütb parıltılarını görə bilmirik, amma orada müşahidə olunur.

Qütblərə doğru getdikcə yaz və yayda qaranlıq saatların sayı azaldığından əsasən payızdan yazadək olan dövr avroraları müşahidə etmək üçün daha əlverişli sayılır. Əlavə olaraq qeyd edək ki, avroraların yaranması  Günəş fəallığına bağlı olduğundan Günəşin aktivliyi 11 illik periodla dəyişdiyi üçün, tsiklin aktiv fazasında qütb parıltılarının da görülmə tezliyi artmış olur.

Avroraların rəngi geomaqnit sahəsinin intensivliyindən və yarandığı hündürlükdən asılı olaraq dəyişir. Yaşıl rəng avroralar ən çox rast gəlinəndir və oksigen atomlarının şüalanması nəticəsində yaranır.  Qırmızı rəng daha yüksəkdə yarandığından və oksigen atomlarının sıxlığı hündürlük artdıqca azaldığından, əsasən  güclü  geomaqnit qasırğaları zamanı müşahidə olunur.  Həmçinin azot molekullarına məxsus göy və bənövşəyi çalarlar da qırmızı rəng kimi geomaqnit sahəsinin intensivliyindən asılıdır və güclü geomaqnit qasırğaları zamanı ortaya çıxır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025