Ekskursiyalar Saytın xəritəsi
AZEN
Qravitasiya təsiri sayəsində yeni neytron ulduzları tapılıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Qravitasiya təsiri sayəsində yeni neytron ulduzları tapılıb
18.07.2024 13:07 / ASTRO XƏBƏRLƏR Qravitasiya təsiri sayəsində yeni neytron ulduzları tapılıb

"Gaia"nın arxiv materialları, Kek, La Silla və Vipl rəsədxanasında aparılan müşahidələr əsasında Günəş tipli ulduzla qoşa sistem təşkil edən 21 neytron ulduzu tapılıb. Tədqiqat obyektlərinin əksəriyyəti Yerdən 3000 işıq ili məsafədə yerləşir.

Ulduzların təxminən yarısı qoşa və ya misilli sistem təşkil etsə də, Günəş tipli ulduzla neytron ulduzu və ya qara dəlik kimi ekzotik obyektlərin qoşa sistemdə olmasına nadir rast gəlinir.

Neytron ulduzları massiv ulduzlardan qalan sıx və kompakt obyektlərdir. Bu ulduzların birbaşa müşahidədən aşkarlanması çətindir. Normal ulduzla qoşa sistem təşkil etdikdə isə ulduzun hərəkətinə göstərdiyi qravitasiya təsiri nəticəsində onları aşkarlamaq mümkün olur.

Seçilmiş ulduzların orbiti böyük ekssentrisitetə malikdir. Günəş  tipli kompanyonun kütləsi 0.78-1.3 MꙨ, neytron ulduzunun kütləsi isə 1.25-1.89 MꙨ aralığında dəyişir, periodları isə  189-1046 gün təşkil edir. Ulduzların şüa sürətləri və enerji paylanması qrafikləri qurulmuş, metallıqları araşdırılmış,  digər hesablama və ölçmələr aparılmışdır. 

Əvvəllər tapılan bu cür qoşa sistemlər olsa da, sistemin komponentləri arasındakı məsafə az idi. Yeni aşkar olunmuş sistemlərdə isə bu bir neçə av-ni  (Yerlə Günəş arasındakı məsafə) aşır. Bu səbəbdən neytron ulduzu öz kompanyonundan maddə oğurlaya bilmir və görünməz qalır. Kəşf olunmuş ulduzlar məhz qravitasiya təsiri metodu ilə aşkarlanmış ilk ulduzlardır. Bu cür sistemlərə çox nadir rast gəlinir, hər milyon ulduzdan yalnız bir Günəş tipli normal ulduz neytron ulduzunun ətrafında geniş orbit boyunca və uzun periodla dolanır.  

Əlavə olaraq partlayışdan sonra sistemin dağılmamasını bir daha təsdiq edən sistemlər aşkarlanıb. Bu cür nümunələr qoşa sistemlərin təkamülünün öyrənilməsi üçün çox vacibdir. Çünki belə sistemlərin öz dayanıqlığını saxladığı müşahidə olunsa da, bəzi nəzəri modellər hələ də bunun necə baş verdiyini tam izah edə bilmir.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “The Open Journal for Astrophysics” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025