Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşı Polşada konfransda iştirak edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşı Polşada konfransda iştirak edib
15.07.2024 14:07 / MÜHÜM HADİSƏLƏR Rəsədxana əməkdaşı Polşada konfransda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika  Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynurə Həsənova Polşanın Torun şəhərində keçirilən CA22133 –  Günəş sistemlərinin doğulması (PLANETLƏR) (CA22133 – The birth of solar systems (PLANETS)) layihəsinin açılış konfransında iştirak edib.

Qeyd edək ki, layihə Avropa Kommissiyası tərəfindən maliyyələşən COST (European Cooperation in Science and Technology – Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Fəaliyyəti layihəsidir. Layihə 26 sentyabr 2023-cü il tarixindən fəaliyyətə başlamışdır,  25 sentyabr 2027-ci il tarixinə kimi fəaliyyət göstərəcəkdir.

ŞAR əməkdaşları geniştərkibli konsorsiumlar ilə bir çox ölkələrin alim və mütəxəssislərinin birgə fəaliyyəti üçün imkanlar yaradan Avropa Komissiyasının COST fəaliyyətinin müxtəlif layihələrində fəal iştirak edirlər. Aynurə Həsənova da öz növbəsində CA22133 –  “Günəş sistemlərinin formalaşması” layihəsinin üzvüdür, o konfransda ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılovun rəhbərliyi ilə həyata keçirilən  “Planet formation processes in the Herbig AeBe star HD179218” adlı poster ilə iştirak edib. Posterdə Ae Herbiq HD179218 cavan ulduzunun ŞAR-ın 2 metrlik teleskopunda 2016-2021-ci illəri əhatə edən uzunmüddətli spektral müşahidələrinin nəticələri təqdim olunub. Ulduzun spektrində Hidrogenin Balmer seriasının xəttlərinin, HeI 5876, D1, D2 NaI, SiII, FeII və s. xəttlərin qısamüddətli (günlər, aylar) və uzunmüddətli (illər) spektral dəyişkənliyi aşkar olunmuşdur. Göstərilmişdir ki, spektrin qısamüddətli dəyişkənliyi ulduzun öz oxu ətrafında fırlanması ilə əlaqədar yaranan modulyasiya ilə izah edilə bilər. Bu dəyişkənliyə protoplanetar diskin qeyri-homogenliyinin səbəb olması ehtimal edilir. Spektrdəki uzunmüddətli dəyişikliklər böyük kütləli protoplanetlər və ya mərkəzi ulduz ətrafında Kepler orbital hərəkətində olan ikinci bir ulduz ilə bağlı olması ehtimal edilir.

Konfransın proqramına uyğun olaraq iştirakçılar layihənin işçi qruplarının ayrı-ayrı qruplarla və birgə müzakirə sessiyalarında iştirak edərək layihənin gələcək fəaliyyəti və prespektivləri ətrafında geniş müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025