Ekskursiyalar Saytın xəritəsi
AZEN
Həyat üçün əlverişli ekzoplanet tapılıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Həyat üçün əlverişli ekzoplanet tapılıb
12.07.2024 11:07 / ASTRO XƏBƏRLƏR Həyat üçün əlverişli ekzoplanet tapılıb

Montreal Universitetinin alimləri Ceyms Vebb teleskopunun köməyi ilə aparılan əlavə müşahidələrdə LHS 1140b ekzoplanetinin əsasən azotdan ibarət sıx atmosferə malik olduğunu aşkar ediblər. Hətta bu buz topunun okeana sahib olması da ehtimal edilir.

Qırmızı cırtdan ulduzun ətrafında dolanan LHS 1140b Yerdən 48 işıq ili məsafədə, öz ulduzunun “həyat zonasında” yerləşir. Planetin radiusu Yerin radiusundan 1.7 dəfə böyükdür.

Tədqiqatların əsas məqsədi LHS 1140b-nin bərk səthə malik olub-olmamasını müəyyənləşdirmək idi. Bu suala cavab tapmaq üçün isə Ceyms Vebb teleskopundan istifadə edilib ki, əldə olunan müşahidə materialları da öz növbəsində planetin atmosferində “minineptunlar” üçün xarakterik olan hidrogen qatının olmasını təkzib edib. Müəyyən olunub ki, planet azot, su buxarı və karbondan ibarət ağır atmosferə sahibdir. Müşahidələrə əsasən planetin kütləsi haqqında da informasiya əldə etmək mümkün olub. Planetin kütləsi gözlənilən qədər ağır olmadığından, hesab edilir ki,  onun 10-20%-i sudan ibarətdir və planet buz şarıdır. LHS 1140b-nin ancaq bir üzü öz ulduzuna dönük olduğundan, daim günəş alan hissənin buzdan azad olduğu və orta okeanın mərkəzində temperaturun 20 °C-dək yüksələ bildiyi ehtimal olunur.

Qeyd edək ki, aşkar olunmuş xüsusiyyətlər, LHS 1140b-nin gələcəkdə ekzoplanet atmosferlərinin və “həyat şərtlərinin” araşdırılması üçün ideal obyekt edir.

Tədqiqat işi “The Astrophysical Journal Letters”də çapa qəbul olunub və arxiv.org serverində yerləşdirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025