Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında yay sessiyasının doktorluq minimum imtahanı keçirilib.
İmtahanda “Astrofizika və ulduz astronomiyası” (2108.01) ixtisası üzrə 1 nəfər - Batabat Astrofizika Rəsədxanasının dissertantı Faidə Surxay qızı Hüseynova iştirak edib. İmtahan vaxtı iştirakçının biliklərini sərbəst şəkildə nümayiş etdirməsi üçün bütün imkanlar yaradılıb.
Qeyd edək ki, imtahan komissiyasının üzvləri imtahan prosesini yaxından izləyiblər və yekun nəticələrə əsasən iddiaçı imtahandan yaxşı qiymət alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.