Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı bir qədər zəifləmişdir. Maksimal sinifli alışma keçmiş 3664 regionundakı M9.3 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində radio rabitədə R2 səviyyəli fasilələr, 10 sm dalğa uzunluğunda radioalışmalar, II tip radioemissiya, həmçinin Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 176 ləkə müşahidə olunur.
Həftə ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 619 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -5 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (313 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 2.49 nT, radial istiqamətdə isə 2.44 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olmuşdur. Hal-hazırda Kp indeksi 1.5-yə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (24 – 30 iyun) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M(R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60%, X(R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir, 10 MeV-dən çox enerji yüklü proton selinin S1 səviyyəsinə yüksələ bilər.
Günəş küləyinin sürətinin mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 24 iyunda qismən artacağı, sonra isə nominal qiymətinə dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 24 iyunda qeyri sabit olacağı, sonra isə sakit olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.