Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada fəlsəfə doktoru üzrə növbəti dissertasiya müdafiəsi keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada fəlsəfə doktoru üzrə növbəti dissertasiya müdafiəsi keçirilib
20.06.2024 16:06 / İCLASLAR Rəsədxanada fəlsəfə doktoru üzrə növbəti dissertasiya müdafiəsi keçirilib

Azərbaycan Respublikası Elm və  Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) nəzdində fəaliyyət göstərən FD 1.39 Dissertasiya Şurasında “2108.01 – Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Günay Məhərrəm qızı  Hacıyevanın  “Seçilmiş  A  və  F  spektral sinifli ulduzlarda qeyri-stasionarlıq və kimyəvi tərkib” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.

İclası Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Namiq Sərdar oğlu Cəlilov açaraq iştirakçıları salamlayıb və onlara dissertasiya işinin mövzusu haqqında məlumat verib.

İddiaçı çıxışında ifratnəhəng və nəhəng ulduzlara dair indiyədək görülmüş elmi-tədqiqat işlərinin nəticələrindən danışıb. Təqdim olunmuş işdə konkret olaraq seçilmiş 89 Her, HD 161796, φ Cas, 44 Cyg, HD 207260 və.s ifratnəhəng ulduzlarının ŞAR-ın 2 metrlik teleskopunda alınmış spektrləri əsasında bu ulduzların atmosferində baş verən qeyri-stasionar və periodik proseslərin analizindən alınmış hesablamaların nəticələri göstərilmişdir. Həmçinin seçilmiş A və F spektral sinifli ulduzların atmosferinin fundamental parametrləri: effektiv temperaturu, ağırlıq qüvvəsinin təcili və kimyəvi tərkibi təyin edilmişdir. Təkamül əyrilərindən istifadə etməklə ulduzların təkamül parametrləri: kütləsi, radiusu, işıqlığı təyin edilmişdir. İddiaçı tərəfindən praktiki olaraq müşahidələrdən alınmış nəticələrlə ulduzların müasir kimyəvi təkamül nəzəriyyəsinin mülahizələrinin doğruluğu təsdiq olunmuşdur.

Daha sonra rəyçilərə söz verilib, onların təklif və iradları dinlənilib. İddiaçı tərəfindən seminar iştirakçılarının sualları cavablandırıldıqdan sonra isə yerinə yetirilmiş fəlsəfə doktoru dissertasiya işinin qiymətləndirilməsi üçün gizli elektron səsvermə prosesinə keçid edilib. Səsvermənin nəticələrinə əsasən, Günay Hacıyevaya iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması yekdilliklə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025