Fevralın 21-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində Elmi Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
Elmi Şuranın iclasında Şamaxı Astrofizika Rəsədxanasında 2017-2020-ci illər üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə 2018-ci ildə yerinə yetiriləcək elmi işlər (Mövzu 4; Mövzu 10; Mövzu 14), rəsədxana seminarlarının təşkili, 2018-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə ŞAR-ın dissertanturasına qəbul, ŞAR əməkdaşlarının elmlər doktoru dissertasiya mövzularının adlarının təsdiqi (f-r.ü.f.d Nazim Hüseynov, f-r.ü.f.d Bala Əli Rəcəbov) kimi məsələlər müzakir olunub.
Sonda cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.