Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib
20.06.2024 12:06 / TƏDBİRLƏR Rəsədxanada zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Həmkarlar İttifaqı Təşkilatının (HİT) təşəbbüsü ilə  “Zərərli vərdişlər və onlarla mübarizədə maarifləndirici təbliğatın rolu” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ŞAR HİT-nın sədri Aynurə Həsənova iştirakçıları salamlayaraq ictimai məsuliyyətin formalaşdırılması istiqamətində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, zərərli vərdişlərdən istifadənin genişlənməsi bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biridir. Lakin bu təhlükə artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Aynurə Həsənova qeyd edib ki, ölkəmizdə aidiyyatı üzrə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq bu gün də həyata keçirilməkdədir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərin məqsədi zərərli vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı ictimai mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır. 

A.Hənəvova bildirib ki, zərərli vərdişlərə qarşı mübarizə yalnız narkomaniya ilə məhdudlaşmır. Cəmiyyətin sağlam və dayanıqlı inkişafına mane olan digər neqativ hallar, xüsusilə korrupsiya ilə mübarizə də önəmli istiqamətlərdən biridir. Sosial-iqtisadi inkişafa ciddi maneə yaradan korrupsiya əməlləri vətəndaşların dövlət institutlarına inamını sarsıdır və ədalətsizlik hissini gücləndirir. Bu baxımdan, şəffaflıq, dürüstlük və qanunun aliliyinin qorunması cəmiyyətin hər bir üzvü üçün prioritet olmalıdır. Maarifləndirmə tədbirləri yalnız fərdi davranışları deyil, həm də ümumi ictimai şüuru formalaşdırmaq baxımından mühüm rol oynayır.

Korrupsiya ilə mübarizədə ictimai nəzarətin gücləndirilməsi, vətəndaş fəallığının artırılması və gənclərin bu sahədə düzgün istiqamətləndirilməsi önə çəkilən məsələlərdən olub. Tədbirdə vurğulanıb ki, sağlam cəmiyyətin qurulması üçün həm zərərli vərdişlərə, həm də korrupsiyaya qarşı davamlı mübarizə aparmaq vacibdir.

Donra ŞAR HİT-nın üzvü Əmrah Həsənov və rəsədxananın elmi kitabxana müdiri Lalə Səlimzadə müvafiq olaraq “Zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə təsiri” və “Korrupsiyaya qarşı effektiv mübarizə” mövzularında məruzə ilə çıxış edib.

Tədbirin sonunda zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş video-çarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025