Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşları Bolqarıstanda ezamiyyətdə olub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşları Bolqarıstanda ezamiyyətdə olub
15.06.2024 10:06 / MÜHÜM HADİSƏLƏR Rəsədxana əməkdaşları Bolqarıstanda ezamiyyətdə olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru, müxbir üzv Namiq Cəlilov və elmi işçi Famil Mustafa Bolqarıstanın Primorsko şəhərində elmi ezamiyyətdə olub.

Səfərin məqsədi Bolqarıstan Respublikası Elmlər Akademiyasının Kosmik Tədqiqatlar və Texnologiyalar İnstitutunun təşkilatçılığı ilə keçirilən 16-cı Beynəlxalq Seminarda (Workshop: Solar Influences on the Magnetosphere, Ionosphere and Atmosphere) iştirak idi ki, bu da öz növbəsində beynəlxalq elmi əlaqələrin genişləndirilməsi üçün mühüm təşəbbüsdür.

“Günəş-Yer əlaqələri fizikası” və “Kosmik hava” problemləri üzrə dünyanın bir çox ölkələrindən tanınmış astronom alimlərin iştirak etdiyi seminarda fizika-riyaziyyat elmləri doktoru, dosent Namiq Cəlilov da məruzə ilə çıxış edib. Alimin “Supersonic shear MHD instabilities in anisotropic solar wind plasma” adlı məruzəsi maraqla qarşılanıb. Məruzədə Günəşdən axan qaynar plazma selinin Yerin maqnitosferinə təsiri probleminin riyazi modeli irəli sürülüb. 

Tədbir çərçivəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra vacib görüşlər və müzakirələr aparılıb. Türkiyəli astronomlarla görüş zamanı Antalya Akdəniz Universiteti, Şamaxı Astrofizika Rəsədxanası və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə "Kosmik hava problemləri" üzrə birgə laboratoriya yaradılması barədə razılıq əldə edilib.

Qeyd edək ki, mövcud elmi əlaqələrin intensivləşməsi və yeni elmi əlaqələrin qurulması baxımından olduqca səmərəli keçən tədbirdə rəsədxananın baş direktoru Namiq Cəlilov “Sun and Geosphere” (Scopus) jurnalının redaksiya heyətinə üzv seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025