Ekskursiyalar Saytın xəritəsi
AZEN
Çinin “Çayne-6” kosmik zondu Ayın görünməyən tərəfinə enib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Çinin “Çayne-6” kosmik zondu Ayın görünməyən tərəfinə enib
03.06.2024 10:06 / ASTRO XƏBƏRLƏR Çinin “Çayne-6” kosmik zondu Ayın görünməyən tərəfinə enib

Çinin “Sinxua” agentliyinin yaydığı məlumata əsasən iyunun 2-də “Çayne-6” zondu Ayın cənub qütbü yaxınlığında Apollon kraterində uğurlu eniş edib. Uçuşun əsas məqsədi Ay süxuru toplamaqdır.

Zondun endiyi kraterin yaşı 4 milyard il, dərinliyi 13 km, diametri isə 2500 km-dir. Bu krater Ayın səthindəki  ən yaşlı və böyük kraterlərdən biridir. Ola bilsin ki, zərbə zamanı daha ilkin və yaşlı material da səthə çıxmışdır.

Kosmik zond 3 may tarixində Vençan kosmodromundan buraxılmışdır. 4 gün sonra Ay orbitinə çatan zond enmə üçün əlverişli anı gözləyirdi. “Çayne -6” qazma işləri aparmaq üçün alətlər və süxuru toplamaq üçün robotik qollarla təchiz olunmuşdur. Cihaz müxtəlif mənbələrdən, xüsusilə də vulkanik aktiv ərazilərdən nümunələr götürməli, təxminən 2 kq Ay süxuru toplamalıdır. Toplanmış Ay süxurunun iyunun 25-də Yerə çatacağı planlaşdırılır.

Proqramda bir neçə xarici ölkə də iştirak edir və onların təqdim etdiyi müxtəlif detektorlar orbital və enmə modullarına quraşdırılmışdır. Əlavə olaraq Çin və Pakistan Universitetlərinin  birgə hazırladığı “Icube-Q” kubsat da Ayın orbitinə buraxılacaqdır.

2020-ci ildə “Çayne-5” zondu Ayın görünən tərəfindən süxur toplayaraq uğurla geri dönmüşdür. Bu dəfə isə missiya daha çətindir, çünki zondla əlaqə saxlamaq üçün əlavə peykdən istifadə olunur, həm də zondun endiyi relyef daha mürəkkəbdir.

Qeyd  edək ki, ABŞ ilə yanaşı Çin də 2030-cu ildə Aya kosmonavt göndərməyi planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025