Ekskursiyalar Saytın xəritəsi
AZEN
Yüzlərlə ulduz səmada iz qoymadan  itib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Yüzlərlə ulduz səmada iz qoymadan  itib
31.05.2024 15:05 / ASTRO XƏBƏRLƏR Yüzlərlə ulduz səmada iz qoymadan itib

Dünyanın müxtəlif ölkələrindən olan astronomlar VFTS 243 qoşa sistemini araşdıraraq ulduzun heç bir ifratyeni izi qoymadan qara dəliyə çevrildiyini təsdiq ediblər.

Məlumdur ki, kiçik və orta kütləli ulduzlar həyatlarının sonunda yavaş-yavaş zəifləyərək tutqunlaşır, daha massiv ulduzlar isə ifratyeni ulduz kimi alışaraq neytron ulduzu və ya qara dəliyə çevrilirlər. Lakin müşahidələr göstərir ki, bəzən ulduzun yerində heç bir iz qalmır. Statistikaya əsasən yüzlərlə ulduz heç bir iz qoymadan səmada itib, halbuki onlar ifratyeni kimi alışaraq yerində sürətlə genişlənən dumanlıq qalmalı idi.

Astronomlar müəyyən ediblər ki, bəzən son mərhələdə alışmaya təkan verəcək şok dalğalarını yaranmır. Nəticədə ulduz heç bir iz qoymadan səmada itir. Fərz olunurdu ki, əgər ulduz birbaşa kollaps edərək qara dəliyə çevrilirsə, o zaman müşahidə olunan atılmış kütlə və zərbə impulsunun qiyməti kiçik olmalıdır, qalıq enerji isə ola bilsin ki, neytrino şülanmasına çevrilir. 

Bütün bu mülahizələrə aydınlıq gətirmək üçün tədqiqat qrupunun üzvləri VFTS 243 qoşa sisteminə fokuslanıblar. Bu sistem Böyük Magellan Buludunda Tarantula dumanlığında yerləşir. Komponentlərdən biri təxminən 10 Günəş kütləsinə malik inert qara dəlik, digəri isə 25 Günəş kütləli O spektral sinifli massiv mavi ulduzdur. Qoşa sistemin periodu ~10 günə bərabərdir, əgər alışma baş versə idi period daha kiçik olmalı idi, zərbə impulsu isə gözlənilən qiymət aralığı daxilindədir. Sistemdə qara dəliyi formalaşdıran hər hansı bir ifratyeni qalıqları, müəyyən şüalanma izi və ya sistemin orbitində hər hansı bir dəyişiklik yoxdur. VFTS 243 birbaşa kollaps nəzəriyyəsinin proqnozlaşdırdığı xüsusiyyətləri təsdiqləyir. Son nəticə olaraq tədqiqat qrupu belə qərara gəlib ki, nisbətən kiçik kütləli massiv ulduzlarda neytrino maddə atılması mexanizmini üstələyir, nəticədə ulduz alışmadan öz içinə kollaps edərək sönür və kütlənin əsas hissəsi neytrino, qismən isə qravitasiya dalğaları vasitəsilə buxarlanır.

Tədqiqat işinin nəticələri “Physical Review Letters” jurnalında çap olunub.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025