Ekskursiyalar Saytın xəritəsi
AZEN
Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olublar - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olublar
23.05.2024 12:05 / MÜHÜM HADİSƏLƏR Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olublar

Çilinin ALMA (Atacama Large Millimetric Array) rəsədxanasının baş astronomu, astronomiya üzrə fəlsəfə doktoru David Rebolledo və təbliğat-kommunikasiya üzrə kordinatoru Nikolas Lira Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar. Onları Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alaberti Barios müşaiət edib.

Səfərin məqsədi ŞAR-ın infrastrukturu, elmi tədqiqat imkanları ilə tanış olub, perspektivdə elmi əməkdaşlıq sahəsində sıx əlaqələrin yaradılması ilə bağlı müzakirələr olub.

Qonaqları ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov qarşılayıb. Səfər çərçivəsində ŞAR-ın muzeyində olan qonaqlara buradakı eksponatlar, onların tarixçəsi, o cümlədən ümumi infrastruktur haqqında ətraflı məlumat verilib və bütün bu sadalananların fonunda ŞAR-ın turzim potensialı diqqətə çatdırılıb.

Sonra qonaqlar rəsədxananın 2 metrlik teleskopunun binasına aparılıb. ŞAR-ın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, astronomiya elmləri doktoru Canməmməd Rüstəmov teleskopun texniki parametrləri, iş prinsipi və burada aparılan elmi-tədqiqat işləri barədə qonaqlara geniş informasiya verib və onları maraqlandıran sualları cavablandırıb.

Səfərin proqramına əsasən, ekskursiyadan sonra rəsədxananın inzibati binasında elmi işçilərlə görüş təşkil edilib. Nəriman İsmayılov tədbir iştirakçılarını salamlayaraq qonaqları kollektivə təqdim edib. İlk öncə Şamaxı Astrofizika Rəsədxanasının yaranma tarixindən, ŞAR-ın astrofizika sahəsində tanınmış alimlərindən, son illərdə ölkəmizdə bu sahədə aparılan tədqiqatlardan danışan alim, həmçinin rəsədxananın beynəlxalq əlaqələrin qurulmasına verdiyi önəmi xüsusi vurğulayaraq ALMA ilə də mümkün elmi əməkdaşlığın istiqamətlərinə toxunub.

Daha sonra çıxış üçün sözü Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alaberti Bariosa verib. O, müasir dövrün tələblərinə uyğun olaraq sürətli inkişafın təminatı üçün elmi əməkdaşlıqların önəmini qeyd edib. ALMA-nın mövcud əməkdaşlıq şəbəkəsini daha da genişləndirməkdə maraqlı olduğunu və Şamaxı Astrofizika Rəsədxanasının da bu şəbəkəyə qoşulmasının birgə elmi tədqiqat işlərinə böyük töhfə verəcəyinə inandığını bildirib.

ALMA-nın baş astronomu David Rebolledo isə öz növbəsində təmsil etdiyi rəsədxananın infrastrukturu, mövcud teleskoplar, ALMA-da aparılan elmi tədqiqat işləri, qoşulduqları nəhəng beynəlxalq layihələr haqqında məruzə ilə çıxış edib. Alim çıxış zamanı əməkdaşlıq imkanları, kadr hazırlığı istiqamətində təcrübə mübadiləsi perspektivləri barədə də geniş məlumat verib.

İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışın sonunda müxtəlif elmi istiqamətlər üzrə diskussiyalar aparılıb, məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025