Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq, maksimal sinifli alışma M5.47 olmuşdur. Hesabat dövrü ərzində bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 152 ləkə qeyd olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 582 km/san olmuşdur. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8 nT, radial istiqamətdə isə -7 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (336 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.5 nT, radial istiqamətdə isə -0.75 nT təşkil edir.
Hesabat dövrü ərzində gomaqnit sahəsi əsasən sakit olmuşdur. Hal-hazırda Kp indeksi 2-нə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (15-21 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.
Günəş küləyinin 17 aprelədək TKA və Yüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsiri ilə sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsi – 12 apreldə baş vermiş TKA və Yüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsiri ilə bu gün G1 səviyyəli geomaqnit qasırğası baş verə bilər. Sonra isə geomaqnit sahəsinin qeyri-stabil və sakit səviyyələrdə olacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.