Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günəşin səthindəki ən güclü maqnit sahəsi birbaşa müşahidə edilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günəşin səthindəki ən güclü maqnit sahəsi birbaşa müşahidə edilib
14.02.2018 15:02 / ASTRO XƏBƏRLƏR Günəşin səthindəki ən güclü maqnit sahəsi birbaşa müşahidə edilib

Yaponiyanın Milli Astronomiya Rəsədxanasının astronomları "HİNODE" kosmik aparatı vasitəsilə Günəşin səthindəki ən güclü maqnit sahəsini birbaşa müşahidə ediblər. www.sciencedaily.com saytının verdiyi məlumata görə, rekord xüsusiyyətə malik maqnit sahəsini 5 gün ərzində analiz edən astronomlar onun bir Günəş ləkəsindən çıxan qaz axınının digər ləkəyə toxunması nəticəsində yarandığını bildiriblər.

Maqnetizm alovlar, kütləvi ejeksiyonlar, axın ipləri və koronal isitmə kimi müxtəlif Günəş fenomenlərində kritik rol oynayır. Günəş ləkələri konsentratlı maqnit sahələrinin ərazisidir. Günəş ləkəsi adətən şaquli maqnit sahəsi olan dairəvi qaranlıq nüvədən (tam kölgə) və üfüqi sahəsi olan radyal uzadılmış incə iplərdən (yarım kölgə) ibarətdir. Yarım kölgə üfüqi ipliklər boyunca kənar qaz axınını keçirir. Ümumiyyətlə, kölgə qaranlığı maqnit sahəsinin gücü ilə korrelyasiya olunur. Beləliklə, hər bir Günəş ləkəsinin ən güclü maqnit sahəsi əksər hallarda tam kölgədə yerləşdirilir.

Joten Okamoto (YMAR üzvü) və Takashi Sakuria (YMAR professoru) HİNODE-nin Günəş optik teleskopunun verdiyi məlumatları təhlil edərkən Günəş ləkəsində güclü dərəcədə maqnitlənmiş dəmir atomlarının izini müşahidə etdilər. Təəccüblüsü budur ki, məlumatlar bir maqnit sahəsinin gücünün 6,250 min Qauss olduğunu göstərdi. Bu, ən çox Günəş ləkəsi ətrafında tapılan 3,000 min Qauss sahəsinin iki qatından çoxdur.  Qeyd edək ki, Günəşdə bu güclü maqnit sahəsinin olması əvvəllər yalnız dolayı yolla aşkar edilmişdi. Daha təəccüblüsü isə budur ki, ən güclü sahə gözlənildiyi kimi, tam kölgənin qaranlıq hissəsində olmadı, əslində iki kölgə arasında parlaq bir bölgədə yerləşir.

HİNODE eyni Günəş ləkəsini bir neçə gün ərzində yüksək kosmik görüntü ilə davamlı şəkildə izlədi. Bu, Yerin fırlanması Günəşin batmasına və gecənin düşməsinə səbəb olduğu üçün  yerdəki teleskoplar üçün mümkünsüzdür. Bu davamlı məlumatlar göstərir ki, güclü sahə həmişə parlaq bölgə ilə tam kölgə arasındakı sərhəddə yerləşib və üfüqi qazlar güclü sahəyə çatdıqda onlar parlaq bölgənin üzərindəki maqnit sahələrinin istiqaməti boyunca axır. Bu, güclü sahədə olan parlaq bölgənin cənub tam kölgəyə aid olan bir yarım kölgə olduğunu göstərir (Cənub qütbü). Cənub kölgədən gələn üfiqi qaz axını başqa tam kölgəyə yaxın sahələri (Şimal qütbü) sıxışdırmış və sahə gücünü 6,000 min Qauss-dan çox artırmışdır.

J.Okamoto izah edir ki, HİNODE-nın yüksək dəqiqlikdə olan davamlı məlumatları güclü maqnit sahəsinin paylanması və vaxtının təkamülü, eləcə də ətraf mühitin araşdırılması üçün Günəş ləkələrini ətraflı təhlil etməyə imkan verdi.

Nəhayət, tam kölgə ilə müqayisədə daha şiddətli bir sahənin formalaşması mexanizminin uzun müddətli sirri həll edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025