Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
01.04.2024 12:04 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyərək, maksimal sinifli alışma 3615 regionunda X1.1 qeydə alınıb. Son periodda aktiv olan 3615 regionu artıq tamamilə Şərq limbində olsa da, ləkənin alışmalarının Parker spiralı sxemi ilə Yerə təsiri ola bilər. Alışmalar nəticəsində 10 sm dalğa uzunluğunda radioalışmalar və radiosiqnalların ötürülməsində R2 səviyyəli fasilələr qeydə alınmışdır. Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial Tac Dəliyi qeyd olunur. 

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur.  10 MeV-dən çox enerji yüklü proton seli isə 25 martda 62 pfu-dək yüksəlmişdir. S2 səviyyəli radiasiya qasırğası qeydə alınmış və 27 mart tarixinə kimi davam etmişdir.  

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 30 nT, radial istiqamətdə isə -13 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti  490 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir.

Hesabat dövrü 25 martda artıq əvvəlki gün qeyd olunan şiddətli qasırğa G1 səviyyəsinədək zəifləmış və geomaqnit sahəsi sakitlətləşmişdir.  Hal-hazırda Kp indeksi 3.3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir.   

Kosmik hava proqnozu – Proqnoz günlərində (01-07 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

Günəş küləyinin sürətinin isə Yüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi - Yüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsirı ilə geomaqnit sahəsinin 03-04 aprelədək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025