Ekskursiyalar Saytın xəritəsi
AZEN
Yüksək enerjili γ-şüalanma mənbəyi kəşf olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Yüksək enerjili γ-şüalanma mənbəyi kəşf olunub
04.03.2024 12:03 / ASTRO XƏBƏRLƏR Yüksək enerjili γ-şüalanma mənbəyi kəşf olunub

Çin alimlərindən ibarət qrup ilk dəfə qalaktikamızda yüksək enerjili kosmik zərrəciklərin mənbəyini kəşf edərək astrofizika sahəsində yeni bir mərhələyə keçid ediblər. Müşahidələr Çinin LHAASO (Large High-Altitude Air Shower Observatory) rəsədxanasında aparılıb.

Tədqiqat qrupu tərəfindən ulduz əmələgəlmə bölgəsi olan Qu X istiqamətində ən azı 100 ultra-yüksək enerjili (bir neçə PeV) qamma şüası mənbəyinin aşkar olunması bildirilib. Məsələnin aktuallığı ondan ibarətdir ki, kosmik sürətləndiricilərin mahiyyəti tam aydın deyil və bu mənbələrin kəşfi nəzəriyyənin işlənilməsi üçün açar rolunu oynayır. Super PeVatronların, yəni yüksək enerjili protonların mənbəyinin kəşfi bu məsələnin həllində mühüm addımdır. Bu kəşf kosmik sürətləndiricilərin təbiətini və qalaktikanın təkamülündəki rolunu açmağa kömək edə bilər.

Aşkar olunan mənbədə qeyd olunan fotonların enerjisi 1 PeV-dən ( 1015 eV) çoxdur ( maks: 2.5 PeV). Bu isə mənbənin daxilində bu enerjini yarada biləcək sürətləndirici mexanizmin olduğunu göstərir. Alimlərin fikrincə  protonların sürətlənməsinin səbəbi Qu OB2 regionundakı O və B spektal sinifli massiv ulduzların çoxluğudur. Onların qamma dipazondakı şüalanmalarının intensivliyi və ulduz küləklərinin yaratdığı zərbə dalğaları protonların belə yüksək enerjilərədək sürətlənməsinə səbəb olur.

Enerjisi 1 PeV-dən aşağı olan kosmik şüaların mənşəyinin qalaktikanın daxili bölgələrindən gəldiyi güman olunur. Enerjisi 10 PeV-dən yuxarı olan şüaların isə mənşəyi hələ də naməlumdur. Bu suallara cavab tapmaq üçün tədqiqat işləri davam etdirilir, digər ulduzəmələgəlmə bölgələri araşdırılır.

Qeyd edək ki, sözügedən tədqiqat işinin nəticələri “Science Bulletin” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025