Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
19.02.2024 16:02 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq, maksimal sinifli alışma 3576 oblastındakı X2.5 sinifli alışma olmuşdur. Alışma Günəş limbi yaxınlığında baş verdiyindən Yerə güclü  təsiri olmayıb. Alışmalar nəticəsində radio rabitədə R2-R3 səviyyəli fasilələr, 10 sm dalğa uzunluğunda radioalışmalar, II-IV tip radioemissiya, Tac Kütlə Atılmaları (TKA) və Günəşin cənub qütbü yaxınlığında nadir qeydə alınan filament püskürməsi qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalraq 6 ləkə qrupunda 84 ləkə müşahidə olunur. Tac dəlikləri müşahidə olunmur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli 12-16 fevralda yenidən S2 səviyyəli radiasiya qasırğasınadək yüksəlmişdir (maks: 117 pfu).  Hal-hazırda sönmə prosesi davam edir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 12-14 fevral tarixinə gözlənilən TKA-nın təsiri nəticəsində 705km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə  -6 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti normaldır (278 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 3.97 nT, radial istiqamətdə isə  1.32 nT təşkil edir.

Hesabat dövrü ərzində 12-14 fevralda gözlənilən geomaqnit qasırğası baş verməsə də, TKA-nın təsiri Günəş küləyinin sürətini artırmış, davamlı olaraq S2 səviyyəli proton qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 1.7-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (19-25 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə bir qədər yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin  16 fevralda baş vermiş TKA-nın təsiri ilə 19-20 fevralda bir qədər artacağı gözlənilir.

Geomaqnit sahəsinin sakit, lakin qeyri-stabil olacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025