Ekskursiyalar Saytın xəritəsi
AZEN
Saturnun peykində buz təbəqəsi altında okean aşkarlanıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Saturnun peykində buz təbəqəsi altında okean aşkarlanıb
16.02.2024 14:02 / ASTRO XƏBƏRLƏR Saturnun peykində buz təbəqəsi altında okean aşkarlanıb

Həyat mənbəyi olan suyun kainatda axtarışlarında Saturnun peyki Mimas ön sıralarda olmasa da, alimlər onun cansız buz qabığının altında yeni formalaşmış okeanın olması qənaətinə gəliblər. 

2004-2017-ci illərdə Saturn və onun peyklərini tədqiq edən NASA-nın Kassini kosmik gəmisinin materiallarının təhlili ilə məşğul olan Paris Rəsədxanasının alimləri Mimasın orbitində yırğalanmaların gözləniləndən iki dəfə güclü olduğunu aşkar ediblər. Tədqiqat qrupu peykin buz qabığının altında okean olması və  ya nüvəsinin reqbi topu şəklində uzunsov olması ehtimallarını irəli sürüblər. 

Son araşdırmalar göstərib ki, peykin fırlanması zamanla dəyişib. Kassinidən alınan materialları Mimasın daxili quruluşunun və orbitinin modelləri ilə birləşdirən qrup bu nəticəyə gəlib ki, həqiqətən də Mimasın səthinin 20-30 km dərinliyində okean var və bu onun həcminin yarıdan çoxunu təşkil edir.

Okeanın yaşı 25 milyon ildən çox deyil, ola bilsin ki, cəmi 2 milyon il əvvəl formalaşmışdır. Çünki peykin qabığında okeanın varlığının izləri hələki görünmür. Günəş sisteminin digər peykləri Enselad və Avropada olduğu kimi su səthə çıxaraq kraterləri doldurmayıb.

Okeanın varlığı Mimasın buzları suya çevirən güclü istilik mənbəyinə dəlalət edir. Hesab olunur ki, okeanın nüvəyə yaxın aşağı təbəqələri isti olsa da, üst təbəqələri donma temperaturuna yaxındır. Müəlliflər bildirirlər ki, hal-hazırda peykin hərəkətində yırğalanmalar müşahidə olunmur və bu okeanın donmasına səbəb ola bilər. Əgər okean donarsa, o zaman biz onu səthində qabığı yararaq üzə çıxmış hissələri görəcəyik. 

Sözügedən kəşf Miması həyatın yaranmasına səbəb ola biləcək şərtlərin araşdırılması üçün yeni bir obyektə çevirir, çünki Yerdəki ilk canlı orqanizmlər milyardlarla il əvvəl planetimizin ilkin dənizlərində yaranıb.

Qeyd edək ki, tədqiqat işinin nəticələri "Nature" jurnalında çap olunmuşdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025