Ekskursiyalar Saytın xəritəsi
AZEN
Ceyms Vebbin materialları əsasında ulduzların təkamülü tədqiq olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Ceyms Vebbin materialları əsasında ulduzların təkamülü tədqiq olunub
09.02.2024 13:02 / ASTRO XƏBƏRLƏR Ceyms Vebbin materialları əsasında ulduzların təkamülü tədqiq olunub

Nyu Cersi Dövlət Universitetinin astronomlarından ibarət tədqiqat qrupu Wolf-Landmark-Melotte qalaktikasında ulduzların yaranma tarixini araşdırıb. Onlar Ceyms Vebb tərəfindən alınmış yeni materiallar əsasında qalaktikadakı ulduzların temperaturu, parlaqlığı və rəng göstəricisinə əsasən yaşlarını təyin edərək, kataloq hazırlayıblar. Tədqiqat işinin nəticələri “Astrophysical Journal”da dərc olunub.

Qrupun tədqiqatının əsas məqsədi ilkin kainatda baş verən prosesləri araşdırmaqdır. Ona görə də alimlər əsasən kiçik kütlə tədqiqinə fokuslanıb, çünki bu ulduzların yaşı demək olar ki, elə kainatın yaşına bərabərdir. Kainatın ilkin dövrlərində yaranmış kiçik kütləli qalaktikalar tədqiqatçılara ulduzəmələgəlməni, kimyəvi elementlərin təkamülünü və ulduz əmələ gəlməsinin qalaktikadakı qazın miqdarı və  quruluşuna təsirini öyrənməyə imkan verir.

Volf-Landmark-Melot qalaktikasının tədqiqat obyekti kimi seçilmə səbəbi isə bu qazla zəngin qalaktikada aktiv ulduzəmələgəlmə prosesinin getməsi və bu prosesin 13 milyard il əvvəl - kainat yeni yarandığı zaman başlamasıdır. Lakin “qaynar kainat” qalaktikadakı qazın həddən artıq qızmasına səbəb olmuş və ulduz əmələgəlmə prosesini bir neçə milyard il ərzində tormozlamışdır. Zamanla genişlənən kainat soyumuş və öz növbəsində qalaktikadakı qaz da soyuyaraq, proses yenidən başlanmışdır.

Tədqiqat işi üçün hesablamalar Universitetin bazasında yaradılmış  “Rutgers Office of Advanced Research Computing” tərəfindən idarə olunan yüksək sürətli  “Amarel” klasterində aparılmışdır.

Qeyd edək ki, Süd Yolu qalaktikasının da daxil olduğu lokal qrupun kənarında yerləşən irrequlyar qalaktika Yerdən 3.2 milyon işıq ili məsafədə, Balina bürcündə yerləşir. Qalaktika onu kəşf edən və detallı tədqiq edən astronomların şərəfinə adlandırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025