Ekskursiyalar Saytın xəritəsi
AZEN
2018-ci ilin Mars - Yer qarşıdurması - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
2018-ci ilin Mars - Yer qarşıdurması
25.07.2018 13:07 / ASTRO XƏBƏRLƏR 2018-ci ilin Mars - Yer qarşıdurması

Mars Yerə ən yaxın planetdir. Günəş ətrafında dolanma periodu təxminən 2 Yer ilinə, 686.98 Yer sutkasına və 1.88 tropik ilə bərabərdir. Bu vaxt ərzində Yer müəyyən anlarda Günəşlə Mars arasında olur. Bu anı astronomlar Qarşıdurma adlandırırlar.

Bu anda Mars Yerə daha yaxın olur və bu vəziyyətdə onun səthini öyrənmək tədqiqatçılar üçün daha əlverişlidir. Marsı digər planetlərdən daha yaxşı öyrənməyimizə baxmayaraq bu planetə olan maraq heç vaxt azalmır. Kosmosla maraqlananlar bu hadisəni səbirsizliklə gözləyirlər.

Bildiyimiz kimi, Günəşlə Mars arasında məsafə 1.52 a.v.-dır. Bu hadisə zamanı Qırmızı planet Günəşlə bir düz xətt boyunca yerləşəcək. 2018-ci ilin iyulun 28-də böyük qarşıdurma yaşanacaq, iyulun 31-də isə Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq. Bu zaman məsafə 0.39 a.v. və ya 57.8 mln. km-ə qədər qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü -2.8 olan qırmızı ulduz kimi görünəcək.

Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 mln km, yayın sonlarında baş verərsə 50-60 mln km-ə qədər qısalır. Marsın belə qarşıdurması orta hesabla 15-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.

Sonuncu böyük qarşıdurma 28 avqust 2003-cü ildə baş verib. O zaman yaxınlaşma 55.8 mln km-ə çatıb. Elmə məlum olan ən böyük qarşıdurma isə 5 sentyabr 1877-ci ildə baş verən qarşıdurmadır. Bu zaman ABŞ astronomları Marsın iki peykinin olduğunu açıqladı: Foboz və Deymos.

Bu hadisə zamanı Marsı professional teleskop olmadan da müşahidə etmək mümkündür. Müşahidə üçün ən ideal vaxt səhərə yaxındır. Bu zaman onun bütün detalları daha yaxşı görünür. Detalları ilə müşahidə etmək üçün əlbəttə ki, teleskop lazımdır. Bunun üçün 150 mm-lik reflektor kifayət edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025