Ekskursiyalar Saytın xəritəsi
AZEN
ŞAR 2024-cü ilin Ay və Günəş tutulmaları təqvimini təqdim edir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
ŞAR 2024-cü ilin Ay və Günəş tutulmaları təqvimini təqdim edir
26.12.2023 15:12 / ASTRO TƏQVİMLƏR ŞAR 2024-cü ilin Ay və Günəş tutulmaları təqvimini təqdim edir

Tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509'-lik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.

2024-cü ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək.  

25 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunacaq.  Bakı vaxtı ilə saat 08:53-də başlayacaq və saat 13:32-də bitəcək, tutulmanın maksimumumu saat 11:12-də olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayacaq.

18 sentyabrda isə qismən Ay tutulması olacaq. Qismən Ay tutulması zamanı Ayın bir hissəsi tam kölgəyə keçir. Tutulma Avropa, Asiyanın böyük hissəsi, Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik, Hind okeanı, Arktika, Antarktidada müşahidə etmək mümkün olacaq. Saat 04:41-də başlayıb  08:47-də bitəcək tutulmanın maksimumu 06:44-ə uyğun gəlir.  Azərbaycandan tutulmanın başlanğıcını (saat 04:41-dən saat 06:19-dək) izləmək mümkün olsa da, tutulmanın maksimumuna kimi Ay artıq batmış olacaq.  

İlin ilk Günəş tutulması 8 apreldə baş verəcək. Bu tam Günəş tutulmasıdır. Günəş tutulması ümumilikdə Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edəcək. Tam tutulma isə ABŞ cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçəcək. Tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayacaq və saat 00:52-də bitəcək. Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Sonuncu tutulma hadisəsi 2 oktyabrda baş verəcək. Bu tutulma halqalı Günəş tutulması olacaq. Halqalı tutulma  Ay  apogeydə və yaxın nöqtələrdə (Yerdən maksimum uzaqlıqda) olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır. Ümumilikdə tutulma  əsasən Cənubi Amerikanı, Şimali Amerikanın cənubu, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq, Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025