Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana 2024-cü ildə fəsillərin Azərbaycana daxil olma vaxtını təqdim edir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana 2024-cü ildə fəsillərin Azərbaycana daxil olma vaxtını təqdim edir
26.12.2023 11:12 / ASTRO TƏQVİMLƏR Rəsədxana 2024-cü ildə fəsillərin Azərbaycana daxil olma vaxtını təqdim edir

Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.

Yaz və payız bərabərliyi günlərində Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə və əksinə keçir. Həmin gün Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur.

Yay və Qış günəşduruşu günlərində isə Günəş şüaları Yerə minimal və maksimal bucaq altında düşdüyündən ekvatordan qütblərə doğru getdikcə gündüz və gecənin uzunluğunda fərq 24 saatadək artır. Belə ki, ekvatorda il boyu gündüz və gecənin uzunluğu dəyişməyib 12 saat olur. Yay günəşduruşu günü Şimal qütb dariəsində 24 saat gündüz, Cənub qütb dairəsində isə 24 saat gecə olur. Qış günəşduruşu günü isə əksi yaşanır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edir:

Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq.

Yay fəsli isə 21 İyun saat 00:50-də başlayacaq. Həmin gün gündüzün uzunluğu 15s 03d 23san və gecə 08s 56d 37san olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yay fəsli, Cənub yarımkürəsində isə Qış fəsli başlayacaq.

Payız fəsli Azərbaycana 22 sentyabr saat 16:43-də daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Payız fəsli, Cənub yarımkürəsində isə Yaz fəsli başlayacaq.

Qış fəsli 21 dekabr saat 13:20-də başlayacaq. Bu zaman  Şimal yarımkürəsində ən qısa gündüz (9s 17d 22san) və ən uzun gecə (14s 42d 38san) müşahidə olunacaq.

Qeyd edək ki, Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal Yarımkürəsində Qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə Yay fəsli daha mülayim keçir. Bu il Yer 3 yanvar  saat 04:38-də perihelidən (147 100 632 km), 5 iyul saat 09:06-da afelidən (152 099 968 km) keçəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025