Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada astronomiya üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada astronomiya üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib
14.12.2023 12:12 / İCLASLAR Rəsədxanada astronomiya üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) ilkin müzakirə iclası keçirilib.

İclasın gündəliyində olan məsələ ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin elmi işçisi Fərziyev Zabit Sabir oğlunun 2104.01 – “Planetologiya”ixtisası üzrə “Spektrin görünən oblastında nəhəng planetlərin atmosferlərindəki fiziki proseslərin NH3 və H2  molekulyar qazların udulma xətlərinə görə spektrofotometrik tədqiqi” mövzusunda astronomiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi olub.

Rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılovun sədrliyi ilə keçirilən müzakirədə iddiaçı Zabit Fərziyev mövzu ilə əlaqədar əldə etdiyi və mühüm elmi yenilikləri diqqətə çatdırıb. Planet atmosferlərinin fiziki şəraitinin öyrənilməsinin bu planetlərin, və bütövlükdə Günəş sistemi cisimlərinin fiziki xüsusiyyətləri və təkamülünü öyrənmək üçün vacib olduğunu bildirib. O, qeyd edib ki, təqdim olunan dissertasiya işində 2014-2017-ci illər ərzində alınmış müşahidə materiallarına əsasən nəhəng planetlərin atmosferləri tədqiq olunmuşdur. Molekulyar amonyak qazının NH3 λ6475Ả udulma zolagındakı spektral xətlərin intensivliyinin Yupiterin atmosferində meredian boyu, Saturnda isə diskin mərkəzində paylanması tədqiq olunmuşdur. Bundan başqa, nəhəng planetlərin atmosferlərində molekulyar hidrogenin H2(4-0) udulma zolağına məxsus S(0) λ 6435.03 Å, S(1) λ6367.78 Ả spektral xətlərin parametrlərinə əsasən atmosferin fiziki şəraiti öyrənilmişdir.

Əldə olunmuş elmi nəticələrin fundamental elmi əhəmiyyətə malik olduğunu bildirən Zabit Fərziyev, çıxışının yekununda tədbir iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb.

İddiaçının çalışdığı elmi şöbənin müdiri, dissertasiya işinin elmi rəhbəri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi onun çıxışı zamanı rast gəldiyi təklif və iradları diqqətə çatdırıb, məruzə ətrafında rəy və tövsiyyələrini bildirib.

İclasın sonunda açıq səsvermə yolu ilə dissertasiya işinin nöqsanlar aradan qaldırıldıqdan sonra əsas Müdafiə Şurasına təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025